
Elon Musk Starlink-in bütün mobil operatorları əvəz etməsini istəyir
Elm & Texnologiya
11.09.2025
Emil Nəcəfov
Dünən SpaceX rabitə operatoru EchoStar-dan 50 MHz diapazonunda naqilsiz rabitə tezliklərini 17 milyard dollara aldı və kosmik operatorun rəhbəri Elon Musk bu resursun necə istifadə olunacağı barədə ənənəvi şəkildə cəsarətli bəyanatlar verdi. Biznesmenin fikrincə, Starlink həm evdə, həm də Wi-Fi-dan uzaqda qoşulma üçün universal həll ola bilər. Musk hesab edir ki, Starlink sonda ev internetini mobil rabitə ilə birləşdirəcək. Yaxın gələcəkdə onun operatoru bazardan AT&T, T-Mobile və Verizon kimi nəhəngləri sıxışdırmaq niyyətində deyil - çünki ABŞ-da onların sərəncamında telefon zəngləri, mesajlaşma və video axını üçün daha geniş tezlik spektri mövcuddur.

Musk-a Verizon-un sahibi olmaq təklif ediləndə isə o, gülümsəyib: “Bu, istisna deyil. Düşünürəm ki, bu, baş verə bilər”- deyə Musk qeyd edib. SpaceX rəhbəri yeni alınmış tezlik diapazonundan Starlink peykləri üçün istifadə planlarından danışıb. O bu peykləri “kosmosdakı mobil rabitə qüllələri” adlandıraraq onların yerüstü telefonlara birbaşa qoşulmasını təmin edəcəyini bildirib. Hazırda orbitdə fəaliyyət göstərən 8140 ədəd SpaceX aparatından 657-si mobil qurğulara birbaşa qoşulmanı dəstəkləyir, qalanları isə ənənəvi Starlink rabitə xidmətlərində istifadə olunur. “Bu, uzunmüddətli layihədir. O, SpaceX-ə peyklərlə smartfonlar arasında yüksək sürətli birbaşa qoşulmanı təmin etməyə kömək edəcək. Amma bunun üçün smartfonların avadanlığında bəzi dəyişikliklər edilməlidir” - deyə Musk EchoStar-dan tezlik resursunun alınmasını şərh edib.
Həqiqətən də, bu diapazonda işləmək üçün mobil cihazlarda həmin tezlikləri dəstəkləyən çiplər tələb olunur və Musk-ın sözlərinə görə, bunun üçün təxminən 2 il vaxt lazım olacaq. İyul ayında SpaceX və yerüstü operator T-Mobile T-Satellite xidmətini istifadəyə veriblər. Bu xidmət Starlink peyklərinə, yerüstü şəbəkənin işləmədiyi ərazilərdə qoşulma imkanı yaradır. T-Satellite abunəçiləri artıq SMS göndərə bilirlər, oktyabrdan etibarən isə AccuWeather və AllTrails xidmətləri, WhatsApp messenceri və X sosial şəbəkəsi dəstəklənəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresi raket zərbəsindən sonra belə hərəkıətini davam etdirmiş naməlum obyektin videosunu təqdim edib (VİDEO)

ABŞ Konqresi raket zərbəsindən sonra belə hərəkıətini davam etdirmiş naməlum obyektin videosunu təqdim edib (VİDEO)
ABŞ-da Nümayəndələr Palatasında keçirilən dinləmələrdə maraqlı bir video nümayiş etdirilib. Videoda ABŞ istehsalı olan Hellfire raketinin dəniz üzərindəki bilinməyən obyektə zərbə endirdiyi, lakin onu məhv etmədiyi göstərilir.
Neuralink-in beyin çipləri artıq 12 nəfərə implantasiya edilib

Neuralink-in beyin çipləri artıq 12 nəfərə implantasiya edilib
Bu ilin iyun ayına olan vəziyyətə görə, cəmi 7 nəfərdə Neuralink beyin implantı mövcud idi və onların hamısı ABŞ ərazisində yerləşirdi. Bu həftə Elon Musk bildirib ki, onun şirkəti indiyədək belə implantları 12 xəstəyə quraşdırıb.
Microsoft şirkəti Ümumdünya Nüvə Assosiasiyasına qoşulub

Microsoft şirkəti Ümumdünya Nüvə Assosiasiyasına qoşulub
Datacenter Dynamics-in məlumatına görə, Microsoft şirkəti nüvə energetikasının inkişafı ilə məşğul olan beynəlxalq qeyri-kommersiya təşkilatı - Londonda yerləşən Ümumdünya Nüvə Assosiasiyasına (WNA) qoşulub.
Google açıq internetin sürətli tənəzzülünü etiraf edib

Google açıq internetin sürətli tənəzzülünü etiraf edib
Google şirkəti ötən həftə ABŞ-da gedən məhkəmə prosesi çərçivəsində açıq internetin “sürətli tənəzzülünü” etiraf edib. Şirkət bildirib ki, hakimiyyətin tələb etdiyi reklam biznesinin məcburi bölünməsi bu prosesi yalnız sürətləndirəcək və gəlirini reklamlardan əldə edən nəşriyyatçılara zərər vuracaq.
13 yaşadək smartfona sahib olmaq psixi sağlamlığa ciddi zərər vura bilər

13 yaşadək smartfona sahib olmaq psixi sağlamlığa ciddi zərər vura bilər
13 yaşadək smartfona sahib olmaq gələcəkdə psixi sağlamlıq üçün ciddi risklərlə əlaqələndirilir. Bu nəticəyə Sapien Labs tədqiqatçıları dünyanın müxtəlif yerlərindən 100 000-dən çox insanın məlumatlarını təhlil etdikdən sonra gəliblər.
Həftənin xəbərləri

