
ABŞ Konqresi raket zərbəsindən sonra belə hərəkıətini davam etdirmiş naməlum obyektin videosunu təqdim edib (VİDEO)
Elm & Texnologiya
11.09.2025
Emil Nəcəfov
ABŞ-da Nümayəndələr Palatasında keçirilən dinləmələrdə maraqlı bir video nümayiş etdirilib. Videoda ABŞ istehsalı olan Hellfire raketinin dəniz üzərindəki naməlum obyektə zərbə endirdiyi, lakin onu məhv etmədiyi göstərilir. Raket obyektə dəyib geri sıçrayır, obyekt isə zədələnmədən hərəkətini raketin qalıqları ilə birlikdə davam etdirir. Hadisə 2024-cü ilin oktyabrında Yəmən sahillərində baş verib. Sessiya zamanı Missuri ştatından respublikaçı nümayəndə Eric Burlison MQ-9 Reaper dronu ilə çəkilmiş kadrlardan istifadə edib. Görüntülərdə dalğaların üzərində hərəkət edən parlaq obyekt və raketin ona dəydiyi an əks olunur, lakin görünür ki, obyektə heç bir dağıdıcı təsir göstərməyib. Burlison həmin kadrları haradan əldə etdiyini açıqlamayıb.
Hadisə 2024-cü il oktyabrın 30-da Yəmən sahillərində baş verib. Həmin vaxt bölgədə fəal hərbi əməliyyatlar gedirdi. Regionda husilər tərəfindən ticarət və hərbi gəmilərə atılan raket və pilotsuz uçuş aparatlarının mütəmadi olaraq qarşısı alınırdı. Dinləmələrin iştirakçıları hadisənin qeyri-adi olduğunu qeyd ediblər. Araşdırmaçı jurnalist George Knapp bildirib ki, raket naməlum obyektə dəyib ondan sıçrayaraq uçuşunu davam etdirib. Burlison isə qalıqların, görünür, obyektlə birlikdə hərəkət etdiyini vurğulayıb və bu cür materialların uzun müddət ictimaiyyət üçün əlçatan olmamasından narahatlığını ifadə edib.

Yəməndən olan videonu 2015-ci ildə Sakit okean üzərində sürətlə hərəkət etmiş bir obyektin müşahidə edildiyi “Go Fast” hadisəsi ilə müqayisə edirlər. O zaman analitiklər bunun çox güman ki, meteoroloji zond olduğunu və sürətin isə paralaks səbəbindən yaranmış optik illüziya olduğunu müəyyənləşdirmişdilər. Pentaqonun AARO (All-domain Anomaly Resolution Office) əməkdaşları izah ediblər ki, köhnə hadisələr barədə qəti nəticələr çıxarmaq üçün tez-tez sensor məlumatları çatışmırdı. Müasir dronlar və təyyarələr vasitəsilə əldə edilən hesabatlar analiz üçün daha çox informasiya versə də, onlar belə bütün halları izah etməyə imkan vermir. Müşahidələrin bir hissəsi təbii səbəblərlə bağlıdır, lakin çoxlu hadisələr hələ də izahsız qalır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Neuralink-in beyin çipləri artıq 12 nəfərə implantasiya edilib

Neuralink-in beyin çipləri artıq 12 nəfərə implantasiya edilib
Bu ilin iyun ayına olan vəziyyətə görə, cəmi 7 nəfərdə Neuralink beyin implantı mövcud idi və onların hamısı ABŞ ərazisində yerləşirdi. Bu həftə Elon Musk bildirib ki, onun şirkəti indiyədək belə implantları 12 xəstəyə quraşdırıb.
Microsoft şirkəti Ümumdünya Nüvə Assosiasiyasına qoşulub

Microsoft şirkəti Ümumdünya Nüvə Assosiasiyasına qoşulub
Datacenter Dynamics-in məlumatına görə, Microsoft şirkəti nüvə energetikasının inkişafı ilə məşğul olan beynəlxalq qeyri-kommersiya təşkilatı - Londonda yerləşən Ümumdünya Nüvə Assosiasiyasına (WNA) qoşulub.
Google açıq internetin sürətli tənəzzülünü etiraf edib

Google açıq internetin sürətli tənəzzülünü etiraf edib
Google şirkəti ötən həftə ABŞ-da gedən məhkəmə prosesi çərçivəsində açıq internetin “sürətli tənəzzülünü” etiraf edib. Şirkət bildirib ki, hakimiyyətin tələb etdiyi reklam biznesinin məcburi bölünməsi bu prosesi yalnız sürətləndirəcək və gəlirini reklamlardan əldə edən nəşriyyatçılara zərər vuracaq.
13 yaşadək smartfona sahib olmaq psixi sağlamlığa ciddi zərər vura bilər

13 yaşadək smartfona sahib olmaq psixi sağlamlığa ciddi zərər vura bilər
13 yaşadək smartfona sahib olmaq gələcəkdə psixi sağlamlıq üçün ciddi risklərlə əlaqələndirilir. Bu nəticəyə Sapien Labs tədqiqatçıları dünyanın müxtəlif yerlərindən 100 000-dən çox insanın məlumatlarını təhlil etdikdən sonra gəliblər.
İnsanabənzər Figure 02 robotu boşqab yumağı öyrənib (VİDEO)

İnsanabənzər Figure 02 robotu boşqab yumağı öyrənib (VİDEO)
Figure startapı özünün Vision Language Action (VLA) modeli olan Helix AI-ni yeniləyib və bunun sayəsində humanoid (insanabənzər) robot Figure 02 yeni bir məişət bacarığı əldə edib.
Həftənin xəbərləri

