
Samsung Exynos 2500 flaqman prosessoru təqdim olunub
Elm & Texnologiya
23.06.2025
Emil Nəcəfov
Samsung şirkəti öz yeni flaqman mobil prosessorunu təqdim edib. Söhbət, Exynos 2500-dan gedir. Bu, şirkətin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış ilk mobil prosessorudur. Exynos 2500 daha əvvəlki Exynos modelləri ilə müqayisədə daha yüksək performansı, daha yaxşı enerji effektivliyini və süni zəka imkanlarını təmin edir. Exynos 2500 prosessoru 10 nüvəlidir. Nüvələr “1 + 2 + 5 + 2” sxemi üzrə yerləşiblər. Yəni Samsung-un bu yeni prosessoru özündə 3.3 GHz tezlikli 1 ədəd Cortex-X5 nüvəsini, 2.74 GHz tezlikli 2 ədəd Cortex-A725 nüvəsini, 2.36 GHz tezlikli 5 ədəd Cortex-A725 nüvəsini və 1.8 GHz tezlikli 2 ədəd Cortex-A520 nüvəsini birləşdirir.

Prosessorun qrafik imkanlarından AMD RDNA 3 əsaslı Xclipse 950 GPU qrafik çipi cavabdehdir. Bu qrafik çip həmçinin ray tracing texnologiyasını dəstəkləyir. Samsung bu yeni prosessorda xüsusi diqqəti yeni nəsil neyron çipinə (NPU) ayırıb. Exynos 2500-ın sahib olduğu NPU saniyədə 59 trilyon əməliyyatı yerinə yetirə bilir. Bu isə Exynos 2400-ın sahib olduğu NPU-nun göstəricisindən 39% daha çoxdur. Bu cür yeni nəsil NPU öz növbəsində cihazda lokal generativ süni zəka imkanlarına yol açır.
Exynos 2500 prosessoru 120 Hz-lik təsvir yenilənməsinə sahib 4K ekranları, 320 MP-ə kimi olan kameraları, saniyədə 30 kadr sürətlə 8K keyfiyyətli videoların çəkilişini, LPDDR5X standartlı RAM yaddaşlarını və UFS 4.0 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Prosessora quraşdırılmış 5G modem isə saniyədə 12.1 Gbit sürəti təmin edir və üstəlik peyk şəbəkəsini dəstəkləyir. Gözləntilərə əsasən Exynos 2500 prosessorunu əldə edəcək ilk smartfon qatlana bilən qapaqlı Galaxy Z Flip 7 olacaq. Sözügedən smartfonun isə gələn ay təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk Starship-in uçuş sayını artırmağı hədəfləyib

Elon Musk Starship-in uçuş sayını artırmağı hədəfləyib
Bu ayın əvvəlində SpaceX aerokosmik şirkəti nəhəng Starship raketinin doqquzuncu sınaq uçuşunu həyata keçirdi və ardıcıl üçüncü dəfə bu sınaq qəza ilə nəticələndi. Bu hadisə fonunda bir çox sual yaranır. Bəzilərinin insanları digər planetlərə aparacağına inandığı bu kosmik gəmidən nə gözləmək olar və son uğursuzluq daha dərin sənaye problemlərinin əlaməti deyilmi?
Çində virtual ID sistemi istənilən istifadəçinin real zamanda internetə çıxışını bloklaya biləcək

Çində virtual ID sistemi istənilən istifadəçinin real zamanda internetə çıxışını bloklaya biləcək
Çin hakimiyyəti ölkədə mərkəzləşdirilmiş onlayn identifikasiya sisteminin - virtual ID-nin tətbiqinə başlayıb. Rəsmi olaraq bu sistem şəxsi məlumatların qorunması və rəqəmsal iqtisadiyyatın stimullaşdırılması aləti kimi təqdim olunur.
Tarixdə ilk robotlaşdırılmış ürək köçürmə əməliyyatı həyata keçirilib

Tarixdə ilk robotlaşdırılmış ürək köçürmə əməliyyatı həyata keçirilib
ABŞ-da həkimlər ilk dəfə tamamilə robotlaşdırılmış ürək köçürmə əməliyyatı həyata keçiriblər. Tibb sahəsində ən çətin əməliyyatlardan biri olan bu prosedur döş qəfəsi açılmadan və döş sümüyü zədələnmədən icra olunub.
Dəhşətli qəzadan sonra bir şəxsin üzü 3D çap ilə bərpa edilib

Dəhşətli qəzadan sonra bir şəxsin üzü 3D çap ilə bərpa edilib
Bristoldakı Tibbi 3D Texnologiyalar Mərkəzi velosipedçi Dave Richards-ın ağır qəzadan sonra üzünün bərpasına kömək edib.
Samsung Galaxy S25 FE-nin ilk render fotoları təqdim edilib

Samsung Galaxy S25 FE-nin ilk render fotoları təqdim edilib
Samsung bu il Galaxy S25 FE subflaqman smartfonunu təqdim etməlidir. OnLeaks ləqəbli məşhur insayder öz növbəsində sözügedən smartfonun ilk render fotolarını və bəzi texniki imkanlarını təqdim edib.
Həftənin xəbərləri

