
Avropa Kosmik Agentliyi 2040-cı ilə qədər kosmosun mənimsənilməsi planını açıqlayıb
Elm & Texnologiya
23.06.2025
Emil Nəcəfov
Avropa Kosmik Agentliyi (ESA) “TECHNOLOGY 2040: A VISION FOR THE EUROPEAN SPACE AGENCY” adlı sənədi yayımlayıb. Bu sənəd ESA-nın ətraflı planıdır və orada 2040-cı ilə qədər Avropanın kosmosda inamla fəaliyyət göstərə bilməsi üçün artıq bu gündən inkişaf etdirilməli olan texnologiyalar təsvir olunub - Ay və Marsın araşdırılması, daha ucuz raketlərin buraxılması, peyklərin qorunması və Yer kürəsindəki iqlimin izlənilməsi. Plan hər şeyi əhatə edir. Pilotlu missiyalardan tutmuş kosmik tullantıların təkrar emalına qədər. Əsas məqsədlər 5 istiqamət üzrə toplanıb. Birinci istiqamət: Ay və Mars. Burada diqqət robotlar, həyatın təminatı sistemləri və resursların yerindəcə çıxarılması üzərində cəmlənib.

İkinci istiqamət: Yerə nəzarət. ESA, iqlimi daha yaxşı başa düşməyə və təbii fəlakətləri əvvəlcədən aşkar etməyə kömək edəcək yeni peyklərə üstünlük verir. Üçüncü istiqamət: Fundamental elm - zondlar, teleskoplar, qara dəliklərin və ekzoplanetlərin öyrənilməsi. Dördüncü istiqamət: Kosmosa daha əlçatan çıxış - çoxistifadəli raketlər və daha az yanacaq sərfiyyatı. Beşinci istiqamət: Təhlükəsizlik - tullantılardan, kibertəhlükələrdən və texniki nasazlıqlardan müdafiə. Bütün bunların mümkün olması üçün yeni texnologiyalar tələb olunur. Məsələn, Yer kürəsindən dəstək olmadan kosmik aparatları idarə edə bilən avtonom sistemlər və süni zəka, bazalar inşa etməyə və araşdırmalar aparmağa qadir robotlar, uzaq məsafələrə uçuşlar üçün elektrik və nüvə mühərrikləri. Həmçinin qabaqcıl batareyalar və kompakt enerji mənbələri vacibdir.

Kosmos şəraitində işləyə biləcək yüngül və dayanıqlı materiallar da xüsusi əhəmiyyət daşıyır. Digər planetlərdə qurğuların birbaşa yerində yığılması üçün 3D çap texnologiyası da önəmlidir. Rabitə sahəsində isə radiodalğalardan lazer əlaqəsinə keçid planlaşdırılır. Lazer daha sürətlidir və daha çox məlumat ötürə bilir. Bu, xüsusilə uzaq missiyalar üçün mühümdür. İnsan üçün isə inkişaf etmiş həyat təminatı sistemləri vacibdir. Hər şey qapalı dövriyyədə işləməlidir. Tullantıların təkrar emalı, avtonom ərzaq istehsalı və radiasiyadan qorunma. ESA bütün bu texnologiyaları mərhələli şəkildə inkişaf etdirməyi planlaşdırır. Əvvəl tədqiqat, sonra sınaqlar və daha sonra real missiyalarda tətbiq. Bu proses təkbaşına aparılmır. İşə özəl şirkətlər, universitetlər və digər kosmik agentliklər də cəlb olunub.




Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Exynos 2500 flaqman prosessoru təqdim olunub

Samsung Exynos 2500 flaqman prosessoru təqdim olunub
Samsung şirkəti öz yeni flaqman mobil prosessorunu təqdim edib. Söhbət, Exynos 2500-dan gedir. Bu, şirkətin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış ilk mobil prosessorudur.
Elon Musk Starship-in uçuş sayını artırmağı hədəfləyib

Elon Musk Starship-in uçuş sayını artırmağı hədəfləyib
Bu ayın əvvəlində SpaceX aerokosmik şirkəti nəhəng Starship raketinin doqquzuncu sınaq uçuşunu həyata keçirdi və ardıcıl üçüncü dəfə bu sınaq qəza ilə nəticələndi. Bu hadisə fonunda bir çox sual yaranır. Bəzilərinin insanları digər planetlərə aparacağına inandığı bu kosmik gəmidən nə gözləmək olar və son uğursuzluq daha dərin sənaye problemlərinin əlaməti deyilmi?
Çində virtual ID sistemi istənilən istifadəçinin real zamanda internetə çıxışını bloklaya biləcək

Çində virtual ID sistemi istənilən istifadəçinin real zamanda internetə çıxışını bloklaya biləcək
Çin hakimiyyəti ölkədə mərkəzləşdirilmiş onlayn identifikasiya sisteminin - virtual ID-nin tətbiqinə başlayıb. Rəsmi olaraq bu sistem şəxsi məlumatların qorunması və rəqəmsal iqtisadiyyatın stimullaşdırılması aləti kimi təqdim olunur.
Tarixdə ilk robotlaşdırılmış ürək köçürmə əməliyyatı həyata keçirilib

Tarixdə ilk robotlaşdırılmış ürək köçürmə əməliyyatı həyata keçirilib
ABŞ-da həkimlər ilk dəfə tamamilə robotlaşdırılmış ürək köçürmə əməliyyatı həyata keçiriblər. Tibb sahəsində ən çətin əməliyyatlardan biri olan bu prosedur döş qəfəsi açılmadan və döş sümüyü zədələnmədən icra olunub.
Dəhşətli qəzadan sonra bir şəxsin üzü 3D çap ilə bərpa edilib

Dəhşətli qəzadan sonra bir şəxsin üzü 3D çap ilə bərpa edilib
Bristoldakı Tibbi 3D Texnologiyalar Mərkəzi velosipedçi Dave Richards-ın ağır qəzadan sonra üzünün bərpasına kömək edib.
Həftənin xəbərləri

