
Bulud örtüyünün azalması planetin qlobal temperaturunun qalxmasına səbəb olur
Elm & Texnologiya
21.06.2025
Emil Nəcəfov
Yeni tədqiqat Yer kürəsinin bulud örtüyünün kəskin şəkildə azalmasını qeydə alıb - alimlər hesab edirlər ki, buludların olmaması onsuz da qaynama həddində olan planetdə rekord temperatur göstəricilərinə səbəb olur. NASA tərəfindən aparılmış tədqiqat peyk müşahidələrini təhlil edib və son 24 ildə hər onillikdə dünyada ildırım və şimşək buludları zonasının 1.5%-dən 3%-ə qədər azaldığını aşkar edib. Yeni araşdırmanın məlumatları göstərir ki, planetin bulud örtüyü sürətlə azalır və bu, rekord səviyyədə yüksək temperatur göstəricilərinə səbəb olur. Alimlərin fikrincə, bu tendensiya bir sıra amillərlə bağlıdır, o cümlədən:
- Külək rejimlərinin dəyişməsi
- Tropiklərin genişlənməsi
- Fırtına sistemlərinin qütblərə doğru sürüşməsi.

Qeyd etmək lazımdır ki, bunların hamısı iqlim dəyişikliklərinə qarşı yaxşı sənədləşdirilmiş reaksiyalar hesab olunur. Daha az bulud Günəş şüalarını kosmosa əks etdirdiyindən və planetin sərinliyini qorumaqda zəif rol oynadığından, parnik qazı emissiyalarının istiləşdirici təsiri daha da güclənir və bu da qlobal temperaturun artmasına səbəb olur. Tədqiqatın həmmüəllifi, Monaş Universitetinin Yer, Atmosfer və Ətraf Mühit Məktəbinin professoru Christian Jakob-un sözlərinə görə, bulud örtüyünün azalması artıq planetin Günəş radiasiyasını udmasında əsas amil hesab olunur.
Əvvəlki araşdırmalar atmosfer dövriyyəsindəki dəyişikliklərin buludlara təsir etdiyini göstərmişdi. Lakin alimlər ilk dəfə olaraq bu dəyişikliklərin Yer kürəsinin nə qədər enerji udduğuna ciddi təsir göstərdiyinə dair sübutlar aşkarlayıblar. Qeyd etmək lazımdır ki, bu, son dövrlərdə müşahidə etdiyimiz qeyri-adi istiləşməni anlamaq üçün vacib bir hissədir və iqlim dəyişikliyi ilə mübarizədə təcili tədbirlərin görülməsinə çağırışdır. Buludların harada formalaşacağını və nə qədər Günəş işığını əks etdirəcəyini daha dəqiq proqnozlaşdırmaq imkanı, gələcək istiləşmənin sürətini və miqyasını öncədən görmək üçün həlledici əhəmiyyət daşıyacaq.
2001-2024-cü illər üçün Orta Həllolma Qabiliyyətli Təsvir Radiometrinin (Moderate Resolution Imaging Spectroradiometer) illik orta ümumi bulud örtüyü xəritələri (yuxarıda) və Buludlar və Yer Radiasiya Enerjisi Sistemi tərəfindən ölçülən qısadalğalı bulud radiasiya təsiri xəritələri (aşağıda):

Professor Jakob-un sözlərinə görə, iqlimşünaslıq sahəsində aparıcı dünya tədqiqatlarının beynəlxalq səviyyədə lazımi şəkildə dəstəklənməsi son dərəcə vacibdir. Sadə dillə desək, əgər iqlim böhranını anlamaq və onun nəticələrinə hazırlaşmaq istəyiriksə, bu cür məlumatlara və təhlillərə ehtiyacımız var. Professor Jakob həmçinin hesab edir ki, iqlim dəyişikliyinə qarşı gələcək dayanıqlığı təmin etmək üçün düşüncə tərzimizi iqlim dəyişikliyindən hava şəraitinin dəyişməsinə yönəltməliyik. Burada təkcə uzunmüddətli orta göstəricilər deyil, eyni zamanda insanların güvəndikləri gündəlik və mövsümi şəraitdə baş verən dəyişikliklər də böyük əhəmiyyət kəsb edir.
Mənbə: Phys.org
Linki kopyala
qlobal istileshme
iqlim deyishikliyi
science news
elmi xeberler
qlobal istilesme
iqlim deyisikliyi
global warming
climate change
Bənzər xəbərlər
Oxşar xəbərlər
Astronomlar Doqquzuncu planeti kəşf etdiklərini iddia edirlər

Astronomlar Doqquzuncu planeti kəşf etdiklərini iddia edirlər
Astronomlar hesab edirlər ki, onlar uzun illərdir alimlərin Neptunun orbitindən kənarda axtardıqları, çətin tapılan nəhəng Doqquzuncu planeti kəşf ediblər. Əgər bu kəşf təsdiqlənsə, bu, Günəş sisteminin necə formalaşıb inkişaf etdiyinə dair anlayışlarımızı tamamilə dəyişə bilər.
İnsanlar tərəfindən süni yaradılmış ən yüksək temperatur Günəşdən 300 000 dəfə isti olub

İnsanlar tərəfindən süni yaradılmış ən yüksək temperatur Günəşdən 300 000 dəfə isti olub
2012-ci ildə CERN-dən olan fiziklər Böyük Adron Kollayderində (BAK) aparılmış təcrübə zamanı indiyədək süni yolla yaradılmış ən yüksək temperaturu qeydə alıblar. Söhbət, 5 trilyon dərəcə Selsi temperaturdan gedir.
11 milyon işıq uzaqlığındakı qalaktikanın detallı və çoxrəngli fotosu təqdim edilib

11 milyon işıq uzaqlığındakı qalaktikanın detallı və çoxrəngli fotosu təqdim edilib
Avropa Cənub Rəsədxanasının (ESO) astronomları kainatın ən detallı və çoxrəngli qalaktika görüntüsünü yaradıblar. Bu, Yer kürəsindən 11 milyon işıq ili uzaqlıqda yerləşən NGC 253 adlı qalaktikadır.
Ən qədim superkütləli qara dəliyin sirrinin mümkün cavabı tapılıb

Ən qədim superkütləli qara dəliyin sirrinin mümkün cavabı tapılıb
Astronomlar uzun müddətdir erkən kainatda nəhəng kütləyə malik qara dəliklərin necə yarandıqlarını anlamağa çalışırlar. Hazırkı nəzəriyyələrə görə, belə qara dəliklərin o dövrdə yaranmaları mümkün deyildi.
Donuz embrionlarında ilk dəfə insan ürəyi yetişdirilib

Donuz embrionlarında ilk dəfə insan ürəyi yetişdirilib
Heyvan və insan ximeraları gələcəkdə orqan transplantasiyası üçün insan orqanlarının yetişdirilməsi məqsədilə əlverişli rezervuarlar kimi yaradılır.
Həftənin xəbərləri

