main-post-cover

    Alimlər 2 milyarddan çox musiqini özündə saxlaya bilən DNT kaseti hazırlayıblar

    Elm & Texnologiya
    12.09.2025
    Emil Nəcəfov
         Hazırda DNT əsaslı məlumat saxlama üsulu sənaye tətbiqləri üçün çox ləng işləyir. Tədqiqatçılar uzun müddətdir ki, DNT-nin rəqəmsal məlumat daşıyıcısı kimi unikal xüsusiyyətlərini öyrənirlər. İşlər daha çox nəzəri səviyyədə aparılır və praktiki istifadəyə hələ çox var. Buna baxmayaraq, dünyadakı laboratoriyalarda və universitetlərdə yaranan innovasiyalar bu saxlama və emal üsulunun potensialını göstərir. Çinli tədqiqatçılar qrupu nəzəri olaraq indiyə qədər yazılmış bütün musiqi treklərini saxlaya biləcək DNT kaset hazırlayıb. Çin Cənubi Elm və Texnologiya Universitetinin biotibbi mühəndislik professoru Xinyu Jiang həmkarı ilə birlikdə klassik kasetin rahatlığını DNT zəncirləri ilə birləşdirərək uzunmüddətli saxlama üçün daşıyıcı yaradıb.
         Kasetdən ilhamlanan bu konstruksiya sintetik DNT molekullarını uzun plastik lent üzərində saxlayır. Komanda DNT əsaslarını - A, T, CG-ni - lent üzərində rəqəmsal faylları kodlaşdırmaq üçün lazım olan ardıcıllıqlar yaratmaq məqsədilə proqramlaşdırıb. Lent sintetik DNT molekulları ilə doldurulub və DNT-nin kövrək bağlarını deqradasiyadan qoruyan seolit imidazolat “zirehi” ilə örtülüb. Onun ümumi tutumu 36 PB-dır (petabayt) ki, bu da hər bir mahnının 10 MB yer tutduğu halda 3 milyarddan çox trek saxlamağa kifayətdir.
         DNT son dərəcə yüksək saxlama sıxlığı təmin edir - təxminən 455 eksabayt/qramKaset çoxlu sayda ünvanlana bilən məlumat bölmələrinə malikdir və onlar saniyədə 1 570 yazıya qədər sürətlə emal oluna bilir. O, hər kilometr lentə 28.6 mq DNT yerləşdirə bilir, üstəlik, məlumatların bütövlüyünü 100 illərlə qorumaq üçün eyni məlumatın çoxlu nüsxələri saxlanılır. Qurğu 50 dəqiqə ərzində sintetik DNT zəncirləri ilə bərpa, silmə və digər yaddaş əməliyyatlarını yerinə yetirə bilir. Şəkillərin tam bərpası isə “növbəti nəsil” DNT sekvenləşdirmə və dekodlaşdırma metodlarının tətbiqini tələb edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İnsanabənzər robotlar ilə bağlı optimizm azalır
    insanabenzer-robotlar-ile-bagli-optimizm-azalir
    Çin özünün yeni növ süni intellekt çiplərini yaratmağa cəhd edəcək
    cin-ozunun-yeni-nov-suni-intellekt-ciplerini-yaratmaga-cehd-edecek
    R1 adlı süni intellekt əsaslı insanabənzər robot təqdim edilib (VİDEO)
    r1-adli-suni-intellekt-esasli-insanabenzer-robot-teqdim-edilib-video
    Elon Musk Starlink-in bütün mobil operatorları əvəz etməsini istəyir
    elon-musk-starlink-in-butun-mobil-operatorlari-evez-etmesini-isteyir
    ABŞ Konqresi raket zərbəsindən sonra belə hərəkıətini davam etdirmiş naməlum obyektin videosunu təqdim edib (VİDEO)
    abs-konqresi-raket-zerbesinden-sonra-bele-herekietini-davam-etdirmis-namelum-obyektin-videosunu-teqdim-edib-video