
Çin özünün yeni növ süni intellekt çiplərini yaratmağa cəhd edəcək
Elm & Texnologiya
12.09.2025
Emil Nəcəfov
Çin hökumətinin baş məsləhətçisi, Tsinxua Universitetinin professoru Wei Shaojun Sinqapurda keçirilən forumda çıxış edərək bildirib ki, Asiya ölkələri, o cümlədən Çin, hazırda bütün dünyada süni intellekt platformalarının öyrədilməsi üçün istifadə olunan universal qrafik prosessorlardan asılılığı azaltmalıdırlar. Onun sözlərinə görə, Çinə NVIDIA texnologiyalarından asılı olmayan və öz arxitekturası əsasında qurulmuş süni intellekt çipləri lazımdır. Çin hökumətinin yüksək vəzifəli rəsmilərinə uzun illər məsləhət verən Wei etiraf edib ki, “təəssüf ki, biz Asiyada, o cümlədən Çin də daxil olmaqla, alqoritmlərin və böyük modellərin hazırlanmasında ABŞ-a bənzəyirik”. Onun sözlərinə görə, bu yolun davam etdirilməsi region üçün “ölümcül təhlükəli” ola bilər.

Wei əlavə edib ki, Çin oyunlar və sənaye qrafikası üçün yaradılmış arxitekturaya güvənmək əvəzinə, xüsusi olaraq böyük modellərin işlənməsi üçün nəzərdə tutulmuş yeni tip çipin yaradılmasına diqqət yetirməlidir. O həmçinin vurğulayıb ki, ABŞ-ın illərlə tətbiq etdiyi sanksiyalara baxmayaraq, Çin hələ də öz mikroçip istehsalı sənayesini fəal şəkildə inkişaf etdirir və bunun üçün kifayət qədər resurslara malikdir. Çin şirkətləri ABŞ tərəfindən tətbiq edilən ixrac məhdudiyyətlərinə görə NVIDIA süni intellekt sürətləndiricilərinin çatışmazlığı ilə üzləşiblər. Bu məhdudiyyətlər Çin şirkətlərinə ən qabaqcıl çipləri almağa imkan vermir. Çində çip istehsalı üzrə mövcud texnologiyalar isə hələlik NVIDIA-nın ən yaxşı həlləri ilə müqayisə oluna biləcək süni intellekt sürətləndiriciləri istehsal etməyə imkan vermir.

Bununla belə, bu ilin əvvəlində DeepSeek neyron şəbəkəsinin dünya səhnəsinə çıxışı göstərdi ki, Çin şirkətləri nisbətən zəif avadanlıq üzərində belə öz süni intellekt alqoritmlərini təkmilləşdirə bilirlər. İyulun sonunda Çin tənzimləyiciləri NVIDIA-nı Çin bazarı üçün nəzərdə tutulan H20 sürətləndiricilərində uzaqdan bloklama və izləmə funksiyalarının mövcudluğunda ittiham etdilər, nəticədə şirkət təmsilçiləri dəfələrlə bu ittihamları təkzib etməli oldular. Bu arada Çin KİV-ləri NVIDIA H20 sürətləndiricilərinin Çindəki tərtibatçılar üçün təhlükəsiz olmadığı tezisini təbliğ etməyə davam edir. Çin tərəfi idxalı əvəzləmə işlərini gücləndirir və iri Çin şəhərlərinin bələdiyyə hakimiyyətləri də bu işə qoşulub. Məsələn, Şanxayda 2027-ci ilə qədər bələdiyyə məlumat mərkəzlərində Çin sürətləndiricilərinin payının 70%-ə çatdırılması tələbi qoyulub, Pekində bu səviyyə 100%-ə qədər müəyyən edilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
R1 adlı süni intellekt əsaslı insanabənzər robot təqdim edilib (VİDEO)

R1 adlı süni intellekt əsaslı insanabənzər robot təqdim edilib (VİDEO)
Alibaba Group-un qurucusu Jack Ma tərəfindən dəstəklənən Ant Group şirkəti ilk humanoid (insanabənzər) robotu R1-i təqdim edib. Yaradıcıların sözlərinə görə, robot bələdçi funksiyalarını yerinə yetirə, apteklərdə dərmanları çeşidləyə, tibbi məsləhətlər verə və əsas mətbəx işlərini icra edə bilir.
Elon Musk Starlink-in bütün mobil operatorları əvəz etməsini istəyir

Elon Musk Starlink-in bütün mobil operatorları əvəz etməsini istəyir
Dünən SpaceX rabitə operatoru EchoStar-dan 50 MHz diapazonunda naqilsiz rabitə tezliklərini 17 milyard dollara aldı və kosmik operatorun rəhbəri Elon Musk bu resursun necə istifadə olunacağı barədə ənənəvi şəkildə cəsarətli bəyanatlar verdi.
ABŞ Konqresi raket zərbəsindən sonra belə hərəkıətini davam etdirmiş naməlum obyektin videosunu təqdim edib (VİDEO)

ABŞ Konqresi raket zərbəsindən sonra belə hərəkıətini davam etdirmiş naməlum obyektin videosunu təqdim edib (VİDEO)
ABŞ-da Nümayəndələr Palatasında keçirilən dinləmələrdə maraqlı bir video nümayiş etdirilib. Videoda ABŞ istehsalı olan Hellfire raketinin dəniz üzərindəki bilinməyən obyektə zərbə endirdiyi, lakin onu məhv etmədiyi göstərilir.
Neuralink-in beyin çipləri artıq 12 nəfərə implantasiya edilib

Neuralink-in beyin çipləri artıq 12 nəfərə implantasiya edilib
Bu ilin iyun ayına olan vəziyyətə görə, cəmi 7 nəfərdə Neuralink beyin implantı mövcud idi və onların hamısı ABŞ ərazisində yerləşirdi. Bu həftə Elon Musk bildirib ki, onun şirkəti indiyədək belə implantları 12 xəstəyə quraşdırıb.
Microsoft şirkəti Ümumdünya Nüvə Assosiasiyasına qoşulub

Microsoft şirkəti Ümumdünya Nüvə Assosiasiyasına qoşulub
Datacenter Dynamics-in məlumatına görə, Microsoft şirkəti nüvə energetikasının inkişafı ilə məşğul olan beynəlxalq qeyri-kommersiya təşkilatı - Londonda yerləşən Ümumdünya Nüvə Assosiasiyasına (WNA) qoşulub.
Həftənin xəbərləri

