main-post-cover

    103 günlük körpədə koronavirus aşkar edilib

    Elm & Texnologiya
    27.02.2025
    Emil Nəcəfov
         Son aylarda COVID-19 ilə bağlı xəbərlər yenidən daha narahatedici olmağa başlayıb, çünki xəstəliyin yeni növləri ortaya çıxır. Belə ki, yeni doğulmuş bir körpə alimlərin diqqət mərkəzinə çevrilib, çünki o, yeni bir koronavirus növünün daşıyıcısı olub. Cənubi Koreyalı alimlər yaxın zamanda insanda rast gəlinən yeni bir koronavirus növü (HCoV) aşkar ediblər. Bu virus COVID-19-a səbəb olan SARS-CoV-2-dən fərqlənir və alfakoronaviruslar ailəsinə aiddir. O, 103 günlük pnevmoniya simptomları olan bir körpədə aşkar edilib. Alimlər bu virusun körpənin orqanizminə necə keçdiyini hələ müəyyən edə bilməyiblər.
         Yeni virus aşkarlanan körpə yüksək qızdırma, öskürək, bəlğəm ifrazı və burun axıntısı şikayətləri ilə Ansan şəhərində yerləşən Koreya Universiteti xəstəxanasına yerləşdirilib. Bundan əlavə, uşaqda kəskin orta qulaq iltihabı və qaraciyər funksiyasının pozulması əlamətləri müşahidə olunub - AST/ALT səviyyələri müvafiq olaraq 462/350 ME/L olub. AST (Aspartat-aminotransferaza) və ALT (Alanin-aminotransferaza) qaraciyərdə olan fermentlərdir və zülalların parçalanmasına kömək edir. Qaraciyər hüceyrələri zədələndikdə, bu fermentlər qana sızır və AST/ALT səviyyələrinin yüksəlməsi qaraciyərdə iltihab və ya funksional pozğunluq əlaməti ola bilər.
         Bu hal yeni koronavirusa yoluxmuş körpədə də müşahidə edilib. Virusun mənşəyini araşdırmaq üçün Koreya Universitetinin Tibb Fakültəsinin Mikrobiologiya kafedrasından professor Song Jin-won-un rəhbərlik etdiyi tədqiqat qrupu 2022-ci ildə pnevmoniya simptomları ilə xəstəxanaya yerləşdirilmiş körpələrdən götürülmüş nümunələri analiz edib. Bundan əlavə, tədqiqatçılar 2018-2022-ci illər arasında toplanmış 880 yabanı Koreya siçanını viral infeksiyalar baxımından yoxlayıblar. Araşdırma nəticəsində bu gəmiricilərdən 16-nın (təxminən 1.8%-nin) yeni bir alfakoronavirus daşıyıcısı olduğu müəyyən edilib.
         Bu virus körpədə aşkar edilən virusla yaxından əlaqəlidir və genetik oxşarlıq 93.0% - 96.8% arasında dəyişir. Bu nəticələr beynəlxalq "Emerging Microbes & Infections" jurnalında dərc edilib. Professor Son qeyd edib ki, bu virus genetik cəhətdən indiyədək məlum olan insan koronaviruslarından (229E, NL63, OC43 və HKU1) fərqlənir. Bu isə onun heyvan mənşəli olduğunu göstərir. Əgər COVID-19 əsasən tənəffüs sisteminə təsir edirdisə, bu yeni aşkarlanmış virus həm pnevmoniya, həm də qaraciyər funksiyasının pozulması ilə əlaqələndirilir. Bununla belə, bu virusun insandan-insana keçmə ehtimalı hələ dəqiq məlum deyil və daha geniş tədqiqatlara ehtiyac var.
    Mənbə: Koreabiomed
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NASA-nın yeni kosmik teleskopu Böyük partlayışın sirrini açmağa yardımçı olacaq
    nasa-nin-yeni-kosmik-teleskopu-boyuk-partlayisin-sirrini-acmaga-yardimci-olacaq
    Yuxusuzluq orqanizmdə iltihab reaksiyasını dərhal işə salır
    yuxusuzluq-orqanizmde-iltihab-reaksiyasini-derhal-ise-salir
    Günəşdən 36 milyard dəfə daha ağır olan qara dəlik kəşf edilib
    gunesden-36-milyard-defe
    Alimlər Marsın nəyə görə qırmızı rəngdə olduğunu təyin ediblər
    alimler-marsin-neye-gore-qirmizi-rengde-oldugunu-teyin-edibler
    Marsda qədim çimərliyin izləri aşkar edilib
    marsda-qedim-cimerliyin-izleri-askar-edilib