main-post-cover

    Yuxusuzluq orqanizmdə iltihab reaksiyasını dərhal işə salır

    Elm & Texnologiya
    26.02.2025
    Emil Nəcəfov
         Aparılmış təcrübə göstərib ki, yuxu pozğunluğu səbəbilə orqanizmdə iltihab reaksiyası dərhal başlayır və bu, hətta gənc və sağlam insanlarda da baş verir. Nəticələr onu göstərir ki, immun sistemi yuxu pozğunluqlarına qarşı çox həssasdır, və xroniki yuxu çatışmazlığı piylənmə, şəkərli diabet, ürək və damar xəstəlikləri də daxil olmaqla bir çox xəstəliklərin risk faktorlarından biri ola bilər. Yuxunun iltihab riski üzərindəki təsirini qiymətləndirmək üçün alimlər iki təcrübəkeçiriblər. Bu araşdırmaların nəticələri Amerika İmmunoloqlar Assosiasiyasının saytında dərc edilib.
         Birinci təcrübədə 237 kişi və qadın iştirak edib, onların bədən kütlə indeksi (BKİ) fərqli olub. Tədqiqatçılar iştirakçıların yuxu keyfiyyəti və miqdarını qan göstəriciləri ilə müqayisə edərək belə nəticəyə gəliblər ki, artıq çəki yuxu pozğunluqlarının daha yüksək səviyyəsi və artmış iltihab göstəriciləri ilə əlaqəlidir. Məlum olduğu kimi, piylənmə xroniki iltihab üçün əsas risk faktorlarından biridir. İkinci təcrübədə beş sağlam və normal çəkiyə malik insan bir sutka ərzində yatmadı. Onlar yuxusuz qalmadan əvvəl və sonra qan analizi verdilər.
         Yuxusuzluq qısa müddətdə immun hüceyrələrinin - monositlərin profilini dəyişdi və bu dəyişikliklər, piylənməsi olan insanlardakı reaksiyalara bənzər idi. "Bu nəticələr yuxunun iltihabın tənzimlənməsindəki rolunu təsdiqləyir" - deyə tədqiqatçılar bildiriblər. Bu gün yuxu pozğunluqlarının xroniki xəstəliklərin inkişafı ilə əlaqəli olduğuna dair çoxsaylı elmi sübutlar mövcuddur. Bunlara metabolik sindrom, şəkərli diabet, ürək-damar xəstəlikləri, demensiya və digər sağlamlıq problemləri daxildir. Yeni tədqiqat bu prosesin hansı mexanizmlə baş verdiyini daha ətraflı izah edir.
    Mənbə: Aai.org
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Günəşdən 36 milyard dəfə daha ağır olan qara dəlik kəşf edilib
    gunesden-36-milyard-defe
    Alimlər Marsın nəyə görə qırmızı rəngdə olduğunu təyin ediblər
    alimler-marsin-neye-gore-qirmizi-rengde-oldugunu-teyin-edibler
    Marsda qədim çimərliyin izləri aşkar edilib
    marsda-qedim-cimerliyin-izleri-askar-edilib
    Asteroidin Yer kürəsi ilə toqquşması ehtimalı sıfıra enib
    asteroidin-yer-kuresi-ile-toqqusmasi-ehtimali-sifira-enib
    Dünya okeanında temperaturun artmasına baxmayaraq onun buxarlanması daha ləng gedir
    dunya-okeaninda-temperaturun-artmasina-baxmayaraq-onun-buxarlanmasi-daha-leng-gedir