main-post-cover

    Elon Musk-ın TikTok-u almaq kimi bir fikri yoxdur

    Tech-Biznes
    10.02.2025
    Emil Nəcəfov
         Elon Musk ABŞ hakimiyyətinin milli təhlükəsizlik səbəbləri ilə qadağan etməyə çalışdığı və Çin şirkəti ByteDance-ə məxsus olan TikTok platformasını almaqda maraqlı olmadığını bildirib. Biznesmen bu məsələ ilə bağlı ilk dəfə ötən ay Almaniyada keçirilmiş konfransda fikir bildirib. Tədbir Alman media konglomeratı Axel Springer-in rəhbəri Mathias Doepfner tərəfindən təşkil olunmuşdu.
         “Mən TikTok-un alınması ilə bağlı heç bir təklif etməmişəm.Əgər TikTok-a sahib olsaydım, nə edəcəyim barədə heç bir fikrim yoxdur” – deyə Elon Musk bildirib və şəxsi olaraq bu platformadan istifadə etmədiyini qeyd edib. “Mən TikTok-u almağa tələsmirəm. Adətən, şirkətləri sıfırdan qururam” - deyə Musk əlavə edib. O, 2022-ci ildə Twitter-i almış, daha sonra platformanın adını X olaraq dəyişdirmişdi.
         Keçən ay Bloomberg News agentliyi Elon Musk-ın TikTok-un ABŞ biznesini ala biləcəyi barədə məlumat yaymışdı. Lakin görünən odur ki, şirkət ABŞ-da qadağadan qaça bilməyəcək və buna görə də ByteDance məcburən ABŞ bölməsini satmalı olacaq. ABŞ prezidenti vəzifəsinə başladıqdan dərhal sonra Donald Trump, TikTok-un ölkədə bloklanmasını müvəqqəti dayandıran fərman imzalamışdı. Bu addım ByteDance şirkətinə satış üçün əlavə vaxt qazandırmışdı. Trump həmçinin Elon Musk və ya Oracle şirkətinin rəhbəri Larry Ellison-un TikTok-un yeni sahibi olmasına etiraz etməyəcəyini bildirmişdi.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ByteDance inanılmaz real görünən videoları yarada bilən süni zəka sistemini təqdim edib (VİDEO)
    bytedance-inanilmaz-real-gorunen-videolari-yarada-bilen-suni-zeka-sistemini-teqdim-edib-video
    Elon Musk-ın siyasi aktivliyi Starlink üçün təhlükə yarada bilər
    elon-musk-in-siyasi-aktivliyi-starlink-ucun-tehluke-yarada-biler
    TikTok-un alınması üçün ABŞ-da suveren investisiya fondunun yaradılması tapşırılıb
    tiktok-un-alinmasi-ucun-abs-da-suveren-investisiya-fondunun-yaradilmasi-tapsirilib
    Tesla il ərzində 10 000 ədəd Optimus robotu istehsal etməyə hazırdır
    tesla-il-erzinde-10-000-eded-optimus-robotu-istehsal-etmeye-hazirdir
    MrBeast investorlar qrupu ilə TikTok-un alınmasını nəzərdən keçirir
    mrbeast-investorlar-qrupu-ile-tiktok-un-alinmasini-nezerden-kecirir