
Tesla il ərzində 10 000 ədəd Optimus robotu istehsal etməyə hazırdır
Elm & Texnologiya
03.02.2025
Emil Nəcəfov
Tesla-nın CEO-su Elon Musk, şirkətin son rüb üzrə maliyyə nəticələrinin təqdim edilməsinə həsr edilmiş mətbuat konfransında şirkətin bu il 10 000 ədəd insanabənzər Optimus robotunu istehsal etməyə mənəvi cəhətdən hazır olduğunu bəyan edib. Lakin Musk bu hədəfi iddialı hesab edir və əgər planlaşdırılandan az robot istehsal edilərsə, bunu ciddi problem kimi görmür. Bütün robotlar Tesla müəssisələrində işə cəlb olunacaq və onlar istehsalat prosesinə kömək edəcəklər. "Biz bu ilin dekabr ayının sonuna qədər tam olaraq 10 000 robot istehsal edə biləcəyikmi? Çox güman ki, yox. Ancaq bir neçə min robot istehsal edə biləcəyikmi? Bəli, düşünürəm ki, bacaracağıq. Bu bir neçə min Optimus robotu ilin sonuna qədər faydalı işlər görəcəkmi? Bəli, mən əminəm ki, onlar faydalı olacaqlar" - deyə Musk qeyd edib.

Məlumata əsasən, insanabənzər Optimus robotları ilə bağlı açıqlama investorların optimizmini bərpa etməyə kömək edir, çünki Tesla-nın elektromobil satışlarının 2024-cü ildə azalması onların inamını sarsıtmışdı. Robotlar hər zaman yeni və ümidverici bir texnologiya kimi qəbul edilir, xüsusilə də Tesla onları istehsal xərclərini azaltmaq üçün kütləvi şəkildə zavod proseslərinə inteqrasiya etməyi planlaşdırdığı üçün. Bundan əvvəl şirkət bir neçə Optimus robotunun artıq Tesla zavodlarında çalışdığını bildirmişdi. Lakin jurnalistlərin iştirak etmiş olduqları təqdimatlar zamanı məlum olmuşdu ki, ictimai tədbirlərdə nümayiş olunmuş robotlar uzaqdan insan operatorlar tərəfindən idarə olunub.
Bu, yalnız tədbirdə iştirak edənlərin təhlükəsizliyi üçün edilib və robotların imkanları barədə kimisə aldatmaq məqsədi daşımayıb. Musk-ın sözlərinə görə, Tesla hazırda ayda 1000 ədəd Optimus robotunun istehsalı üçün bir istehsal xətti qurur. Növbəti xətt ayda 10 000 ədəd robot istehsal edəcək. Bundan əlavə, Tesla hazırda Optimus-un ikinci versiyası üzərində çalışır və şirkət rəhbərinin sözlərinə görə, bu modelin istehsal sürəti ayda 100 000 ədədə çata bilər. Müvafiq istehsal xətti gələn il istifadəyə veriləcək. Musk illik 100 milyon ədəd Optimus robotu istehsal etməyi hədəfləyib və bunun şirkətin əsas gəlir mənbəyinə çevriləcəyini bildirir. Onun fikrincə, bu mərhələyə çatmaq çox da uzun çəkməyəcək.
Robotların satışına 2026-cı ildə start verilməsi gözlənilir. Bu vaxta qədər Tesla istehsal etdiyi bütün robotları yalnız öz ehtiyacları üçün istifadə edəcək. Robotun qiyməti istehsal həcmi ildə 1 milyon ədəd robot səviyyəsinə çatdıqda 20 000$-a və daha aşağı səviyyəyə düşəcək. Musk-ın açıqladığı planlara əsasən, bu, təxminən 2027-ci ildə baş verməlidir. Musk-ın insanabənzər robotların əsas üstünlüyü kimi vurğuladığı məqam onların insanlara uyğunlaşdırılmış istehsalat və məişət mühitinə asanlıqla inteqrasiya oluna bilmələridir. Başqa sözlə, bu robotlardan istifadə üçün ətraf mühitin yenidən qurulmasına ehtiyac yoxdur. Lakin nəzərə almaq lazımdır ki, Musk təkcə biznesmen deyil, həm də xəyallar quran bir insandır. Bu isə onun təqdim etdiyi rəqəmlərə və müddətlərə ehtiyatla yanaşmağı tələb edir.
Mənbə: Electrek
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla-nın HW3 sistem kompüterinə sahib elektromobilləri tam avtopilot funksiyasını əldə etməyəcəklər

Tesla-nın HW3 sistem kompüterinə sahib elektromobilləri tam avtopilot funksiyasını əldə etməyəcəklər
Ötən ilin payızında Elon Musk, HW3 sistem kompüterinə sahib Tesla elektromobillərinin tam avtopilot dəstəyi almayacağını üstüörtülü şəkildə qeyd etmişdi.
Tesla pilotsuz taksi xidmətini bu ilin birinci yarısında istifadəyə verəcək

Tesla pilotsuz taksi xidmətini bu ilin birinci yarısında istifadəyə verəcək
Technote.az Electrek saytlına istinadən bildirir ki, Tesla şirkəti, 2025-ci ilin iyun ayında Texasın paytaxtı Ostində insan nəzarəti tələb etməyən tam avtopilot funksiyasını ödənişli xidmət kimi istifadəyə verməyi planlaşdırır.
TikTok-un Elon Musk tərəfindən alınması nəzərdən keçirilir

TikTok-un Elon Musk tərəfindən alınması nəzərdən keçirilir
Hələ keçən ilin aprel ayında Joe Biden tərəfindən imzalanmış qanun layihəsinə əsasən ByteDance şirkəti 19 yanvar tarixinə kimi TikTok-u ABŞ-ın yerli şirkətlərindən birinə satmalıdır.
Neuralink öz beyin implantını üçüncü pasientə implantasiya edib

Neuralink öz beyin implantını üçüncü pasientə implantasiya edib
Elon Musk-ın Neuralink şirkəti təqribi olaraq 1 il bundan öncə öz beyin implantını Noland Arbaugh adlı ilk pasientə implantasiya etmişdi.
ABŞ dövlət qurumları OpenAI şirkətinə qarşı olan məhkəmə iddiasında Elon Musk-ın tərəfini tutublar

ABŞ dövlət qurumları OpenAI şirkətinə qarşı olan məhkəmə iddiasında Elon Musk-ın tərəfini tutublar
ABŞ-ın tənzimləyici orqanları süni zəka sahəsində fəaliyyət göstərən OpenAI şirkətinin kommersiya məqsədli şirkətə çevrilməsi prosesinin qadağan olunmasını tələb edən Elon Musk-ın tərəfini tutublar. Söhbət, ABŞ Ədliyyə Nazirliyi və Federal Ticarət Komissiyasından (FTC) gedir.
Həftənin xəbərləri

