main-post-cover

    MrBeast investorlar qrupu ilə TikTok-un alınmasını nəzərdən keçirir

    Tech-Biznes
    31.01.2025
    Emil Nəcəfov
         Amerikalı investorlar qrupu məşhur MrBeast ləqəbi ilə tanınan YouTube bloqeri Jimmy Donaldson-un dəstəyi ilə TikTok-u almaq üçün 20 milyard dollardan çox vəsait toplayıb. Bu barədə texnologiya sahibkarı Jesse Tinsley məlumat verib. Bu qrupa iki tanınmış texnologiya şirkət rəhbəri daxildir. Roblox-un həmtəsisçisi və baş direktoru David Baszucki, Anchorage Digital-ın həmtəsisçisi və baş direktoru Nathan McCauley.
         İnvestorları təmsil edən Jesse Tinsley, qrupun TikTok üçün 20 milyard dollar təklif edən Project Liberty investorlarından daha böyük məbləğ ödəməyə hazır olduğunu bildirib. Project Liberty qrupuna isə Los Angeles Dodgers beysbol komandasının keçmiş sahibi Frank McCourt Shark Tank şousunun iştirakçısı Kevin O’Leary daxildir. Yeni investorlar qrupu hesab edir ki, TikTok-un ümumi dəyəri 25 milyard dollara çata bilər.
         Bu investor qrupunun real niyyətləri hələ də aydın deyil. Jesse Tinsley qeyd edib ki, qrup hələ TikTok-un sahibi olan ByteDance ilə birbaşa əlaqəyə keçməyib və şirkət platformanı satmaq niyyətində olmadığını bildirmişdi. "Biz ByteDance-dən birbaşa cavab almamışıq. Onların tərəfində tam səssizlik olub," – deyə Tinsley bildirib. Xatırladaq ki, Donald Trump prezidentliyinin ilk günündə ABŞ-da TikTok-un bloklanma təhlükəsini aradan qaldırmaq üçün platformanın satılması tələbi ilə bağlı qanunun tətbiqini 75 gün müddətinə təxirə salıb.
         Bununla belə, ByteDance və Çin hökumətinin amerikalı investorların təkliflərini nəzərdən keçirmək niyyətində olub-olmadığı hələ də bilinmir. Yeni investorlar qrupu TikTok-un ABŞ-da təhlükəsizliyini təmin edəcəklərinə və platformanı daha dayanıqlı hala gətirəcəklərinə əmindir. "Biz TikTok-u stabil bir platformaya çevirə və ABŞ-dakı bütün istifadəçilər üçün məlumat təhlükəsizliyini təmin edə bilərik. Biz ABŞ hökumətinin dəstəklədiyi bir komanda ilə işləyirik və bütün məlumatlar, serverlər və texnologiyalar nəzarətimiz altında olacaq."
         Məşhur YouTube ulduzu MrBeast bu investisiya qrupuna qoşulmaq üçün danışıqlar aparır. Lakin onun bu qrupa tam qoşulub-qoşulmayacağı hələ dəqiq deyil. Onun sözçüsü bildirib ki, MrBeast hazırda bir neçə potensial investor qrupları ilə müzakirələr aparır və ən güclü namizədə qoşulmaq qərarını verəcək.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Donald Trump: "Microsoft TikTok-u əldə etmək üçün danışıqlar aparır"
    donald-trump-microsoft-tiktok-u-elde-etmek-ucun-danisiqlar-aparir
    TikTok-un Oracle şirkəti tərəfindən əldə edilməsi nəzərdən keçirilir
    tiktok-un-oracle-sirketi-terefinden-elde-edilmesi-nezerden-kecirilir
    TikTok-un ABŞ ərazisində bloklanması prosesi 75 günlük təxirə salınıb
    tiktok-un-abs-erazisinde-bloklanmasi-prosesi-75-gunluk-texire-salinib
    TikTok bloklanmasından 24 saat keçməmiş ABŞ-da fəaliyyətini bərpa edib
    tiktok-bloklanmasindan-24-saat-kecmemis-abs-da-fealiyyetini-berpa-edib
    TikTok-un Elon Musk tərəfindən alınması nəzərdən keçirilir
    tiktok-un-elon-musk-terefinden-alinmasi-nezerden-kecirilir