main-post-cover

    Microsoft süni zəkanın təsirlərini incələmək üçün yeni şöbə formalaşdırıb

    Süni İntellekt
    03.02.2025
    Emil Nəcəfov
         Microsoft şirkəti Advanced Planning Unit (APU) adlı yeni şöbəsinin yaradıldığını elan edib. Bu şöbə Microsoft AI şöbəsinin tərkib hissəsi olacaq və şirkətə süni zəkanın sosial, tibbi və əmək bazarına təsirlərini anlamaqda kömək edəcək. Microsoft nəticə etibarilə inkişaf etdirməyi planlaşdırdığı süni zəkanın təsirlərini öyrənməyi hədəfləyir. Süni zəka sahəsinin inkişafı Microsoft üçün əsas böyümə strategiyasına çevrilib, lakin bu yanaşma bəzi səhmdarları narahat edir. Keçən həftə Microsoft elan etdi ki, 2024-cü ilin dördüncü rübündə onun xərcləri 22.6 milyard dollar təşkil edib ki, bu da yeni rekorddur.
         Microsoft-un CEO-su Satya Nadella, bu xərclərin şirkətin süni zəka və bulud məhsullarına olan tələbatı ödəmək zərurətindən irəli gəldiyini bildirib. "Süni zəka getdikcə daha effektiv və əlçatan olduqca, ona olan tələbat həndəsi sürətlə artacaq" – deyə Nadella 2024-cü ilin dördüncü rübünün yekunlarına dair çıxışında qeyd edib. Yeni yaradılmış APU şöbəsi Microsoft AI rəhbəri Mustafa Sueyman-a tabe olacaq. APU əməkdaşlarının əsas vəzifələrindən biri "aparıcı tədqiqatların" nəticələrini birləşdirərək gələcək süni zəkanın mümkün təsir ssenarilərini öyrənmək və formalaşdırmaqdır.
         Şöbənin vəzifələrinə süni zəka məhsulları üçün tövsiyələrin hazırlanması, onların istifadəyə verilməsinin mümkün nəticələrinin proqnozlaşdırılması, eləcə də süni zəkanın təsirini daha yaxşı anlamaq üçün tədbirlər proqramı, elmi nəşrlər və digər hesabatların tərtib edilməsi daxildir. APU-nun bəzi üzvləri məhsul menecerləri və Microsoft rəhbərliyinin iştirakı ilə brifinqlərin keçirilməsinə cavabdeh olacaq, digərləri isə konfransların təşkilinə və kommunikasiya üçün sənədlərin hazırlanmasına məsul olacaqlar. Bütün əməkdaşlar Microsoft AI şöbəsinin Silikon Vadisi və Londondakı ofislərində çalışacaqlar. Mustafa Suleyman yaxınlarda X sosial şəbəkəsində APU-ya iqtisadçılar, psixoloqlar - "və yalnız onlar deyil" - lazım olduğunu qeyd edib.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI açıq mənbəli koda sahib layihələrə geri dönə bilər
    openai-aciq-menbeli-koda-sahib-layihelere-geri-done-biler
    O3-mini süni zəka modeli ChatGPT-nin bütün istifadəçiləri üçün istifadəyə verilib
    o3-mini-suni-zeka-modeli-chatgpt-nin-butun-istifadecileri-ucun-istifadeye-verilib
    Avropa Birliyi “qəbuledilməz risk” yaradan süni zəka sistemlərini tamamilə qadağan edib
    avropa-birliyi-qebuledilmez-risk-yaradan-suni-zeka-sistemlerini-tamamile-qadagan-edib
    Apple CEO-su Tim Cook: "DeepSeek innovativlik sərgiləyib"
    apple-ceo-su-tim-cook-deepseek-innovativlik-sergileyib
    Süni zəka yaradıcılığı müəllif hüquqları ilə qorunmur
    suni-zeka-yaradiciligi-muellif-huquqlari-ile-qorunmur