
Süni zəka MRT fotoları sayəsində beynin sürətli qocalmasını təyin edir
Süni İntellekt
03.07.2025
Emil Nəcəfov
Alimlər maqnit-rezonans tomoqrafiyası (MRT) görüntülərindən istifadə edən süni zəka hazırlayıblar və bu texnologiya beynin sürətlənmiş qocalma əlamətləri olan insanları müəyyən edir. Bu sistemin yaşlılarda və Altsheymer, Parkinson kimi neyrodegenerativ xəstəliklər üçün yüksək risk qrupuna daxil olan şəxslərdə screening zamanı istifadə olunması planlaşdırılır. Vizualizasiya beynin struktur qocalmasına dair, qan göstəriciləri və digər molekulyar biomarkerlərdən əldə edilə bilməyən unikal birbaşa məlumatlar təqdim edir.

Məsələn, qocalmanın əsas əlamətlərindən biri nitq və düşüncə qabiliyyətindən cavabdeh olan beyin qabığının qalınlığı, eləcə də boz maddənin həcmi hesab olunur. Bu və digər xüsusiyyətləri qiymətləndirən alimlər, MRT vasitəsilə beynin qocalma sürətini müəyyən edən alət yaratmağa qərar verdilər. Alqoritmin öyrədilməsi üçün alimlər Yeni Zelandiyada 1972-1973-cü illərdə doğulmuş 1000 nəfərdən çox şəxsin məlumatlarından istifadə ediblər. Süni zəka beyin skan nəticələri ilə orqanizmin vəziyyətinə dair mühüm göstəricilər - ürək-damar sistemi, metabolik və immun funksiyaları və digər meyarlar arasında dəyişənləri axtarıb.

Nəticədə yeni bir "qocalma saatı" yaradılıb və bu, demək olar ki, 45 000 MRT skanının daxil olduğu sınaq qrupunda təsdiqlənərək faydalı alət kimi özünü göstərib. Məsələn, 72 yaşında sürətlənmiş beyin qocalması göstəriciləri növbəti 16 ildə demensiya (ağıl zəifliyi) inkişafı üçün ən yüksək risklərlə əlaqələndirilib. Hazırda tədqiqatçılar alqoritmi təkmilləşdirməyə davam edirlər, lakin yeni süni zəkanın klinik tətbiqi üçün böyük perspektivlər görürlər. Gələcəkdə sadə beyin MRT-si yaşlılar və demensiya və yüksək risk qrupuna daxil olan şəxslər üçün vacib screening alətinə çevrilə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çin süni zəka sahəsində ABŞ-ın qlobal üstünlüyünü sarsıdır

Çin süni zəka sahəsində ABŞ-ın qlobal üstünlüyünü sarsıdır
Çin şirkətləri süni zəka sahəsində ABŞ-ın qlobal üstünlüyünü sarsıdır. Bu qarşıdurma dünyanı texnoloji “soyuq müharibə” yoluna yönəldib və digər ölkələr ABŞ və ya Çin süni zəka sistemləri arasında seçim etmək məcburiyyətində qalırlar.
ChatGPT uğurla kosmik gəmini idarə edə bilirmiş

ChatGPT uğurla kosmik gəmini idarə edə bilirmiş
Tədqiqatçılar böyük dil modellərinin (LLM) kosmik gəmini idarə edib-edə bilməyəcəklərini sınaqdan keçiriblər. GPT və LLaMA bazasında çalışan süni zəka agenti Kerbal Space Program adlı simulyatorda keçirilmiş beynəlxalq avtonom naviqasiya yarışmasında ikinci yeri tutub.
Meta superzəkanın yaradılması üçün xüsusi laboratoriyasını formalaşdırıb

Meta superzəkanın yaradılması üçün xüsusi laboratoriyasını formalaşdırıb
Meta şirkətinin rəhbəri Mark Zuckerberg süni zəkanın növbəti nəslinin inkişafı ilə məşğul olacaq yeni bölmə - Superintelligence Labs-ın (MSL) yaradıldığını elan edib.
Google DeepMind "Minilliyin 7 Problemi"ndən birinin həllinə çox yaxındır

Google DeepMind "Minilliyin 7 Problemi"ndən birinin həllinə çox yaxındır
Riyaziyyatçı Javier Gomez Serrano Navye-Stoks tənliyini həll etməyə çalışmaq üçün Google DeepMind-ın alimlər komandasında yer alıb. Bu tənlik, Kley Riyaziyyat İnstitutunun həllinə görə şöhrət və 1 milyon dollar mükafat vəd etdiyi "Minilliyin 7 Problemi"ndən biridir.
Süni zəka modellərinin ən çox sevdikləri ədəd təyin edilib

Süni zəka modellərinin ən çox sevdikləri ədəd təyin edilib
1-dən 50-yə qədər bir ədədi təxmin etməklə bağlı verilən tapşırığa cavab olaraq, ən məşhur süni zəka modelləri - o cümlədən OpenAI ChatGPT, Anthropic Claude Sonnet 4, Google Gemini 2.5 Flash və Meta Llama 4 - eyni cavabı veriblər: 27.
Həftənin xəbərləri

