main-post-cover

    Süni zəka gizli diskriminasiyanı təyin etməyi öyrənib

    Süni İntellekt
    03.07.2025
    Emil Nəcəfov
         Luqano UniversitetiCenevrə Universitetindən olan bir tədqiqatçılar komandası axtarış sistemlərinin ədalətliliyini qiymətləndirmək üçün böyük dil modellərindən - məsələn, GPT-4o kimi - istifadə üsulu hazırlayıblar. Yeni üsul axtarış nəticələrinin sıralanmasında cinsi meyilliliyi aşkar etməyə imkan verir, hətta bu meyillilik mətnin özündə birbaşa ifadə olunmasa və ənənəvi metrikalar tərəfindən görünməz qalsa belə. Bu, xüsusilə alqoritmlərin sosial baxımdan əhəmiyyətli qərarlara təsir etdiyi hallarda - məsələn, işə qəbul, tibbi məlumat seçimi və ya təhsil tövsiyələri zamanı - mühüm rol oynaya bilər. Tədqiqatçılar yeni bir metrika təqdim ediblər - CWEx (Class-wise Weighted Exposure). Bu metrika yalnız axtarış nəticələrindəki sənədlərin hansı gender kateqoriyalarına aid olduğunu deyil, həm də onların siyahıda hansı mövqedə yerləşdiklərini nəzərə alır.
         Əvvəlki yanaşmalar balansı ölçmək üçün kişi və ya qadınla bağlı açar sözlərin sadə sayına əsaslanırdı. CWEx isə mətnin ümumi mənasını və tonunu başa düşə bilən dil modellərinin köməyi ilə kontekstin semantik qiymətləndirilməsindən istifadə edir. Bu yanaşma, məsələn, birbaşa sözlərlə ifadə olunmayan gizli qərəzliliyi aşkar etməyə imkan verir. Dil modellərinin mətnlərin cinsi yönümlülüyünü nə dərəcədə effektiv müəyyən etdiyini yoxlamaq üçün tədqiqatçılar bir neçə modeli - LLaMA, Qwen, Mixtral, GPT-4o və digərlərini - müqayisə ediblər. Ən yaxşı nəticəni GPT-4o göstərib. Sənədlərin 90%-dən çoxunu düzgün təsnif edərək xüsusilə "addım-addım izah" rejimində (Chain-of-Thought). Model neytral və qərəzli mətnlər arasında incə fərqləri belə müəyyən edə bilib. Təhlil göstərib ki, hətta ən inkişaf etmiş modellər belə qadınlara qarşı qərəzliliyi kişilərə qarşı olandan bir qədər daha tez və dəqiq aşkar etməyə meyllidirlər.
         Müəlliflər metodikanı iki mətn toplusu üzərində sınaqdan keçiriblər. Birinci - Grep-BiasIR - 117 genderə həssas axtarış sorğusunu (məsələn, “qadınlar üçün yaxşı peşələr”) və təxminən 700 sənədi əhatə edir. İkinci isə - MSMGenderBias - tədqiqat qrupu tərəfindən toplanıb və əllə qeyd olunub. Bütün sənədlər üç kateqoriyaya bölünüb: neytral, qadınlara qarşı qərəzli və kişilərə qarşı qərəzli. Tədqiqatda dil modelləri ilə yanaşı, 180 nəfər insan da iştirak edib və mətnlərə qiymət veriblər. Müqayisə göstərib ki, GPT-4o-nun nəticələri insanların dəyərləndirmələri ilə ən çox üst-üstə düşən nəticələr olub. Metodika artıq sınaq şəraitində effektivliyini göstərməkdədir.
         CWEx yalnız materialların sayına görə deyil, həm də onların görünürlüyünə əsasən nəticələrin ədalətliliyini qiymətləndirməyə imkan verir. Bu xüsusilə tövsiyəedici alqoritmlər, işə qəbul sistemləri və təhsil platformalarında aktualdır, çünki gizli qərəzlilik cəmiyyətin təsəvvürlərini və şəxsi qərarları hiss olunmadan formalaşdıra bilər. Müəlliflər vurğulayırlar ki, bu cür alət düzgün tənzimləmə və annotasiya edildiyi halda digər həssas xüsusiyyətlərə - məsələn, yaş və ya etnik mənsubiyyətə - də uyğunlaşdırıla bilər. Tədqiqat süni zəka alqoritmlərinin şəffaflığı və məsuliyyəti məsələsini gündəmə gətirir. Sistemlər “riyazi əsaslarla” işləsə belə, sosial və mədəni meyilləri əks etdirə və gücləndirə bilirlər. Dil modellərindən yoxlama vasitəsi kimi istifadə etmək bu prosesin necə baş verdiyini daha yaxşı anlamağa və alqoritmlər obyektivlik əvəzinə ədalətsizliyi möhkəmləndirməyə başlamazdan əvvəl müdaxilə etməyə imkan verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəka MRT fotoları sayəsində beynin sürətli qocalmasını təyin edir
    suni-zeka-mrt-fotolari-sayesinde-beynin-suretli-qocalmasini-teyin-edir
    Çin süni zəka sahəsində ABŞ-ın qlobal üstünlüyünü sarsıdır
    cin-suni-zeka-sahesinde-abs-in-qlobal-ustunluyunu-sarsidir
    ChatGPT uğurla kosmik gəmini idarə edə bilirmiş
    chatgpt-ugurla-kosmik-gemini-idare-ede-bilirmis
    Meta superzəkanın yaradılması üçün xüsusi laboratoriyasını formalaşdırıb
    meta-superzekanin-yaradilmasi-ucun-xususi-laboratoriyasini-formalasdirib
    Google DeepMind "Minilliyin 7 Problemi"ndən birinin həllinə çox yaxındır
    google-deepmind-minilliyin-7-probleminden-birinin-helline-cox-yaxindir