main-post-cover

    Avropa Birliyi qanun ilə qadağan edilmiş süni zəkanın istifadə təlimatını təqdim edib

    Süni İntellekt
    05.02.2025
    Emil Nəcəfov
         Avropa BirliyindəSüni Zəka Qanunu” (AI Act) çərçivəsində ilk qaydalar qüvvəyə minib. Bu qanun süni zəkanın istifadə qaydalarını risk səviyyəsinə uyğun olaraq tənzimləməyə hədəflənib. Qanun "qəbuledilməz risk" yaradan müəyyən texnologiya istifadəsi ssenarilərini qadağan edir. Bunlara şüuraltına təsir göstərən manipulyativ texnikalar və insanları diskriminasiyaya məruz qoya bilən sosial reytinq sistemləri daxildir. Məlumata görə, Avropa Birliyinin icra orqanı çərşənbə axşamı tərtibatçılar üçün süni zəkanın tələblərə uyğun istifadəsini izah edən təlimat dərc edib.
         Təlimatdakı tövsiyələr müəyyən süni zəka ssenarilərinin qadağan edilməsinə aiddir. Qaydaların pozulması ciddi maliyyə cərimələrinə səbəb ola bilər - şirkətin qlobal dövriyyəsinin 7%-nə və ya 35 milyon avroya qədər. "Bu tövsiyələr, AI Act qanununun Avropa Birliyi ərazisində vahid və effektiv tətbiqini təmin etmək üçün hazırlanıb" – deyə Komissiya bəyan edib. Bununla yanaşı, sənədin hüquqi məcburiyyəti olmadığı və qanunun yekun şərhinin tənzimləyicilər və məhkəmələr tərəfindən veriləcəyi qeyd olunub.
         Komissiya bildirib ki, sənəd hüquqi izahatları və praktiki nümunələri ehtiva edir və bu, maraqlı tərəflərə qanunun tələblərini daha yaxşı başa düşməyə və icra etməyə kömək edəcək. Hazırda tövsiyələr qarayazı kimi dərc edilib və yalnız bütün rəsmi dillərə tərcümə edildikdən sonra yekun təsdiq ediləcək. Baxmayaraq ki, "Süni Zəka Qanunu" keçən il qüvvəyə minib, onun tətbiqi hələ də davam edir. Yaxın aylar və illər ərzində qanunun əlavə müddəaları qüvvəyə minəcək. Qaydaların icrasına nəzarət mərhələli şəkildə həyata keçiriləcək: Avropa Birliyinə üzv dövlətlər 2 avqust tarixinə qədər qanunun icrasına nəzarət edəcək qurumları təyin etməlidirlər.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI süni zəka modelləri Reddit istifadəçilərindən artıq 82% daha inandırıcıdır
    openai-suni-zeka-modelleri-reddit-istifadecilerinden-artiq-82-daha-inandiricidir
    Meta insanlıq üçün təhlükəli olacaq süni zəka modellərini ləğv edəcəyinə söz verib
    meta-insanliq-ucun-tehlukeli-olacaq-suni-zeka-modellerini-legv-edeceyine-soz-verib
    OpenAI Yaponiyada süni zəka xidmətlərinin təklifi üçün SoftBank ilə birləşib
    openai-yaponiyada-suni-zeka-xidmetlerinin-teklifi-ucun-softbank-ile-birlesib
    The Beatles qrupu süni zəka sayəsində "Grammy" mükafatını qazanıb
    the-beatles-qrupu-suni-zeka-sayesinde-grammy-mukafatini-qazanib
    Süni zəka tərəfindən yaradılmış dərmanların klinik testlərinə bu il start veriləcək
    suni-zeka-terefinden-yaradilmis-dermanlarin-klinik-testlerine-bu-il-start-verilecek