TikTok-un ABŞ-da gələcəyi sual altındadır
Sosial Media
18.09.2024
Emil Nəcəfov
TikTok-un istifadəçi kütləsi 170 milyon insan təşkil edən ABŞ regionundakı aqibəti hal-hazırda 3 nəfər məhkəmə hakimindən asılıdır. Bazar ertəsi baş tutmuş məhkəmə prosesində məhkəmə hakimləri TikTok-un ABŞ regionu ilə bağlı məsələyə skeptik yanaşdıqlarını dilə gətiriblər. Qeyd etmək lazımdır ki, məhkəmə iddiası TikTok-un özü və bir sıra bloger tərəfindən qaldırılıb. Onlar ABŞ Konqressi tərəfindən qəbul edilmiş və ABŞ prezidenti Joe Biden tərəfindən imzalanmış qanunun ləğv edilməsinə səy göstərirlər. Söhbət, TikTok-un ABŞ ərazisində bloklanmasına istiqamətlənmiş qanundan gedir.
Məhkəmə iddiasını qaldırmış tərəflər bu mövzudakı mövqelərini Kolumbiya dairəsinin apellyasiya məhkəməsinin 3 nəfər məhkəmə hakimi qarşısında irəli sürüblər. Qeyd etmək lazımdır ki, qanuna əsasən TikTok-un 19 yanvar 2025-ci il tarixinə kimi ABŞ şirkətlərindən birinə satılmayacağı təqdirdə o, ABŞ ərazisində bloklanacaq. TikTok-un fikrincə bu, adi istifadəçilərin və blogerlərin söz azadlığı hüquqlarının pozulması deməkdir. Məhkəmədə müdafiə olunan tərəf qismində ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər. Onların sözlərinə əsasən ABŞ Konqressi tərəfindən qəbul edilmiş qanun ABŞ-ın milli təhlükəsizliyinə təhlükə mənbəyi olan kampaniyaya hədəflənmiş tədbirlərin bir paketidir.
Belə ki, güman olunur ki, bu kampaniya ABŞ-a dost olmayan dövlət tərəfindən başladılıb. Təbii ki, söhbət, Çindən gedir. Məhkəmə prosesində iştirak etmiş 3 hakimdən 2-si tərəflərin arqumentlərini dinləyib, 3-cü hakim isə tərəflərə suallar ünvanlayıb. Nəticədə hakimlər TikTok barəsində qəbul edilmiş tədbirlərin yumşaldılmasının məqsədəuyğun olduğuna şübhə ilə yanaşdıqlarını bildiriblər. Onlar hesab edirlər ki, TikTok administrasiyasının öz məlumatlarını və platforma daxilində kontentlərin hansı üsullar vasitəsilə moderasiya olunmaları barəsində məlumatları təqdim etməsi kifayət deyil.
Təyin edilmiş tədbirlər şirkətə olan etibardan asılıdır. ABŞ hökuməti isə narahatdır ki, şirkət ABŞ-a heç də dost olmayan dövlətin alətinə çevrilib. Hakimlərdən biri olan Douglas Ginsburg, TikTok-un maraqlarını qoruyan vəkil Andrew Pincus-un, qanunun yalnız bir şirkətə istiqamətləndiyi ilə bağlı bəyanatını rədd edib. Belə ki, hakimin sözlərinə əsasən qanun sənədində ABŞ-a dost olmayan ölkələr tərəfindən idarə edilən şirkətlər kateqoriyası qeyd edilib və hal-hazırda barəsində tez zamanda tədbirlərin görülməsi vacibliyi olan konkret bir şirkətin adı çəkilib.
TikTok blogerləri adından çıxış etmiş Jeffrey Fisher bildirib ki, qəbul edilmiş qanun amerikalılara xarici sahibkarlara sahib şirkətlər (Spotify, Politico, BBC və s.) üçün kontentlərin istehsalı imkanını məhdudlaşdıra bilər. Məhkəmə hakimləri etiraf ediblər ki, ABŞ Konstitusiyasında söz azadlığının təmin olunmasına zəmanət verən ilk düzəliş həm TikTok-u həm də onun sahibi olan ByteDance şirkətini əhatə edir. Lakin söz azadlığı hüququ müzakirə olunan qanunun predmeti deyil. Məhkəmə çərçivəsində ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri hakimlərə ölkənin milli təhlükəsizliyinə zərər yetirə biləcək bəzi sirli sənədləri təqdim etməyə çalışıblar. Lakin nəticədə həmin sənədlər sirli olaraq qalıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
TikTok-un ABŞ-dakı aqibəti gələn həftənin bazar ertəsi bilinəcək
TikTok-un ABŞ-dakı aqibəti gələn həftənin bazar ertəsi bilinəcək
Gələn həftənin bazar ertəsi baş tutacaq məhkəmə TikTok-un ABŞ-dakı aqibətinin necə olacağını təyin edə bilər.
TikTok-a qrup çatlarının yaradılması funksiyası əlavə edilib
TikTok-a qrup çatlarının yaradılması funksiyası əlavə edilib
TikTok mesajlaşma bölməsinə yeni imkanlar əlavə etməklə öz platformasının funksionallığını genişləndirir.
Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!
Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!
Google və Meta sosial media platformaları, YouTube və Instagram vasitəsilə uşaqları hədəfə alıb. Reklam siyasətləri ilə uşaqları cinsiyyətçi reklamlara məruz qoyan şirkətlər, ortaqlıqları üzə çıxdıqdan sonra planlarından əl çəkiblər.
TikTok-un sahibi ByteDance, Jimeng AI adlı öz video süni intellekt alətini təqdim edib!
TikTok-un sahibi ByteDance, Jimeng AI adlı öz video süni intellekt alətini təqdim edib!
Xüsusilə Çin şirkətləri tərəfindən hazırlanmış video süni intellekt proqramları, getdikcə populyarlaşmağa başlayır. İndi isə Tiktok şirkətinin sahibi olan ByteDance, Jimeng AI adlı öz mətndən videoya süni intellekt tətbiqini təqdim edib.
TikTok uşaqların konfidensiallıqlarının pozulmasında günahlandırılır
TikTok uşaqların konfidensiallıqlarının pozulmasında günahlandırılır
ABŞ Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış yeni məhkəmə iddiasında TikTok servisi və onun sahibi olan ByteDance şirkəti “İnternetdə uşaqların konfidensiallıqlarının qorunması qanunu”nu (COPPA) pozmaqda günahlandırılırlar.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!