TikTok-un sahibi ByteDance, Jimeng AI adlı öz video süni intellekt alətini təqdim edib!
Süni İntellekt
07.08.2024
Farid Pardashunas
Xüsusilə Çin şirkətləri tərəfindən hazırlanmış video süni intellekt proqramları, getdikcə populyarlaşmağa başlayır. İndi isə Tiktok şirkətinin sahibi olan ByteDance, Jimeng AI adlı öz mətndən videoya süni intellekt tətbiqini təqdim edib.
OpenAI tərəfindən dərc edilən ChatGPT-dən sonra süni intellektdə böyük inkişaflar oldu. Daha sonra OpenAI, Sora adlı video süni intellekt tətbiqini elan etdi. Bu andan etibarən bir çox şirkət bu cür süni intellektin inkişafı üçün işləməyə başladı. Bu yaxınlarda qlobal miqyasda istifadəyə verilən Kling AI-dən əlavə, TikTok şirkəti ByteDance, Jimeng AI adlı yeni süni intellekt tətbiqini elan edib.
ByteDance tərəfindən hazırlanmış proqram hazırda yalnız Çində mövcuddur. Xüsusilə Çin tərəfində böyüyən bu bazarda öz yerini tutmaq istəyən ByteDance, Kling AI və Zhipu AI ilə rəqabət aparmağı hədəfləyir. Hər iki proqram qlobal istifadə üçün əlçatan olsa da, Jimeng AI üçün qlobal mövcudluq tarixi hələ müəyyən edilməyib. Kling AI, yaratdığı videolarla sosial media gündəmində olmağı bacardı və ən yaxşı videoları yarada bilən süni intellekt kimi tanınırdı. Jimeng AI tərəfindən nümunə bir video hələ yayımlanmasa da, proqram, Çində 31 iyulda Android üçün buraxıldı və eyni zamanda bu gün Apple App Store-da yükləmək üçün təqdim edilib. Tətbiqə veb sayt vasitəsilə də daxil olmaq olar.
Tətbiqin görkəmli xüsusiyyətləri arasında mətndən şəkillər yaratmaq, video yaratmaq, artıq yaradılmış məzmunu redaktə etmək, şəkil və video redaktə etmək kimi seçimlər var. Ödənişli olan Jimeng AI-nin aylıq abunə haqqı 69 yuan və ya təxminən 10 dollar, illik abunə haqqı isə 659 yuan, yəni təxminən 92 dollardır.
Linki kopyala
jimeng ai
bytedance jimeng ai
artificial intelligence
text to video ai
suni intellekt
suni zeka
bytedance
bytedance tiktok
tiktok
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ev tapşırıqlarını ChatGPT ilə yerinə yetirən tələbələr üçün pis xəbər!
Ev tapşırıqlarını ChatGPT ilə yerinə yetirən tələbələr üçün pis xəbər!
OpenAI, ChatGPT tərəfindən yaradılan mətnə filiqran (əskinaslarda, poçt pullarından və dövlətə aid rəsmi sənədlərdə saxtakarlığın qarşısını almaq məqsədiylə tez-tez istifadə olunan şəkil və ya yazı) qoymaq və filiqranı aşkar etmək üçün alət üzərində işləyir. Lakin şirkət, bu aləti buraxmaqda tərəddüd edir.
İnsan əlini belə, xətasız şəkildə yarada bilən FLUX süni intellekt aləti təqdim edilib!
İnsan əlini belə, xətasız şəkildə yarada bilən FLUX süni intellekt aləti təqdim edilib!
Süni intellekt startapı Black Forest Labs tərəfindən təqdim edilən FLUX.1 adlı süni intellekt görüntü generatoru, insan əllərini xətasız şəkildə yarada və fotorealist səhnələr hazırlaya bilir.
TikTok uşaqların konfidensiallıqlarının pozulmasında günahlandırılır
TikTok uşaqların konfidensiallıqlarının pozulmasında günahlandırılır
ABŞ Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış yeni məhkəmə iddiasında TikTok servisi və onun sahibi olan ByteDance şirkəti “İnternetdə uşaqların konfidensiallıqlarının qorunması qanunu”nu (COPPA) pozmaqda günahlandırılırlar.
Böyük texnoloji şirkətlər süni zəkaya ümumilikdə artıq 100 milyard dollardan çox investisiya yatırıblar
Böyük texnoloji şirkətlər süni zəkaya ümumilikdə artıq 100 milyard dollardan çox investisiya yatırıblar
Böyük texnoloji şirkətlər bu il öz xərclərini ümumi olaraq 100 milyard dollardan yüksək məbləğə kimi artırıblar. Bu isə həmin şirkətlərin keçən ilki ümumi xərclərindən 50% yüksəkdir.
İstehlakçılar süni zəka funksiyalarına sahib cihazları əldə etməkdən imtina edirlər
İstehlakçılar süni zəka funksiyalarına sahib cihazları əldə etməkdən imtina edirlər
Elektron cihazların istehsalçıları süni zəka əsasında çalışan funksiyaları əlavə üstünlük hesab edirlər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!