main-post-cover

    TikTok uşaqların konfidensiallıqlarının pozulmasında günahlandırılır

    Sosial Media
    05.08.2024
    Emil Nəcəfov
        ABŞ Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış yeni məhkəmə iddiasında TikTok servisi və onun sahibi olan ByteDance şirkəti “İnternetdə uşaqların konfidensiallıqlarının qorunması qanunu”nu (COPPA) pozmaqda günahlandırılırlar. Nazirliyin fikrincə TikTok uşaqlara öz valideynlərindən xəbərsiz istifadəçi hesabları yaratmağa imkan verir və yetkinlik yaşına çatmamış istifadəçilərin elektron poçt ünvanları, telefon nömrələri və yerləşdikləri yerlər də daxil olmaqla özəl məlumatlarını yığır. Üstəlik məlumatda qeyd edilib ki, servis valideynlərin öz övladlarının özəl məlumatlarının silinməsi tələbini yerinə yetirmir.
         Dünyanın ən məşhur videoservislərindən birinə qarşı məhkəmə iddiasının qaldırılmasına səbəb isə TikTok ilə ABŞ Federal Ticarət Komissiyası (FTC) arasındakı razılaşma olub. Tərəflər arasındakı razılaşmaya əsasən TikTok 13 yaşına kimi olan istifadəçilərin özəl məlumatlarının et qanunsuz yığılması ilə bağlı günahlandırmanın tənzimlənməsinə razı olub. Razılıq çərçivəsində videoservis COPPA qaydalarına riayət edilməsi istiqamətində konkret addımlar atmalı idi. Lakin ABŞ Ədliyyə Nazirliyinin sözlərinə əsasən TikTok bu qanunu pozmaqda davam edir. Qeyd etmək lazımdır ki, TikTok daxilində 13 yaşına çatmamış şəxslər üçün nəzərdə tutulmuş Kids Mode adlı rejim mövcuddur.
         Lakin məlumata əsasən videoservisin administrasiyası bu cür istifadəçilərə hələ də bilərəkdən standart rejimdə istifadəçi hesablarını yaratmaq imkanını təqdim edir və üstəlik valideynlərin öncədən xəbərləri və ya razılıqları olmadan həmin uşaqların özəl məlumatlarını yığır. Videoservisə qarşı qaldırılmış məhkəmə iddiasında məhz belə qeyd edilib. “Biz bu ittihamlarla razı deyilik. Bu ittihamların əksəriyyəti faktiki olaraq doğru olmayan və ya bizlər tərəfindən artıq qaydasına qoyulmuş keçmiş hadisələr və praktikalar ilə əlaqəlidir. Biz, uşaqların qorunmasına istiqamətlənmiş işlərimizlə fəxr edirik və platformanın yenilənməsi və yaxşılaşdırılması üçün səylərimizi davam etdirəcəyik. Bunun üçün biz, müəyyən yaşların tələblərinə cavab verən və özlərində sərt təhlükəsizlik tədbirlərini birləşdirən rejimləri təklif edirik və hesabında qeyd edilmiş yaşa uyğun gəlməyən istifadəçiləri platformadan silirik” - deyə TikTok rəsmisi Michael Hughes qeyd edib.
         Lakin məlumata əsasən 13 yaşına kimi olan şəxslərin videoservisə daxil olma cəhdlərinin qarşısını almaq üçün TikTok tərəfindən tətbiq edilmiş tədbirlər yetəri olmayıblar. Məhkəmə iddiasında qeyd edilib ki, hər halda 2020-ci ilə kimi hər hansısa uşaq videoservisdə qeydiyyatdan keçmək istəyən zaman və öz yaşının qeyd edilməsindən sonra 13 yaşına çatmadığı üçün servisdən qeydiyyat barəsində imtina sorğusunu əldə edəndən sonra TikTok ona fərqli doğum tarixi vasitəsilə təkrar qeydiyyatdan keçməyə mane olmayıb. Halbuki servis daha öncə qeyd edilmiş tarix sayəsində məlumatlı idi ki, qeydiyyatdan keçməyə çalışan şəxs uşaqdır. ABŞ Ədliyyə Nazirliyi öz növbəsində TikTok-a qarşı administrativ sanksiyaların tətbiq edilməsini tələb edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çində 57 TikTok işçisi xəstəxanaya yerləşdirilib!
    cinde-57-tiktok-iscisi-xestexanaya-yerlesdirilib
    TikTok-da Shazam tərzində mahnı axtarmaq funksiyası test edilir
    tiktok-da-shazam-terzinde-mahni-axtarmaq-funksiyasi-test-edilir
    TikTok, Instagram rəqibi tətbiqini səssizcə təqdim edib!
    tiktok-instagram-reqibi-tetbiqini-sessizce-teqdim-edib
    Bir mesajla TikTok hesabının oğurlanması təhlükəsi ortaya çıxıb
    bir-mesajla-tiktok-hesabinin-ogurlanmasi-tehlukesi-ortaya-cixib
    Donald Trump, bağlatmaq üçün əlindən gələni etdiyi TikTok-da hesab açıb!
    donald-trump-baglatmaq-ucun-elinden-geleni-etdiyi-tiktok-da-hesab-acib