TikTok-un ABŞ-dakı aqibəti gələn həftənin bazar ertəsi bilinəcək
Sosial Media
13.09.2024
Emil Nəcəfov
Gələn həftənin bazar ertəsi baş tutacaq məhkəmə TikTok-un ABŞ-dakı aqibətinin necə olacağını təyin edə bilər. Belə ki, Kolumbiya dairəsinin apellyasiya məhkəməsi TikTok-un ABŞ ərazisində bloklanmasına istiqamətlənmiş qanun layihəsinin ləğvi ilə bağlı məhkəmə işinə baxacaq. Maraqlısı isə ondadır ki, bu məhkəmə prosesi ABŞ-da prezident seçkiləri öncəsi prezidentliyə namizəd iki şəxs arasındakı yarışın fonunda baş tutacaq. Məsələ burasındadır ki, həm Donald Trump həm də Kamala Harris özlərinə yeni seçicilərin cəlb olunması istiqamətində aktiv şəkildə TikTok-dan istifadə edir.
TikTok-un sahibi olan ByteDance şirkətinin fikrincə bu məşhur platformanın ABŞ ərazisində bloklanmasına istiqamətlənmiş qanun layihəsi konstitusiyaya ziddir və o, amerikalıların söz azadlığı hüquqlarını pozur. Qeyd etmək lazımdır ki, bu qanun layihəsi ABŞ Konqressi tərəfindən bu ilin aprel ayında qəbul edilmişdi. ByteDance şirkəti bildirib ki, qanun layihəsinin tələbinə əsasən TikTok-un ABŞ şirkətlərindən birinə satılması həm texnoloji həm kommersiya həm də hüquqi tərəfdən mümkün deyil. Məhkəmənin bu məsələyə aydınlıq gətirməyəcəyi halda TikTok artıq 19 yanvar 2025-ci il tarixində ABŞ ərazisində bloklanacaq. Gələn həftənin bazar ertəsi məhkəmə hakimləri Sri Srinivasan, Neomi Rao və Douglas Ginsburg, TikTok və onun istifadəçiləri tərəfindən bu mövzuda qaldırılmış məhkəmə iddialarına` baxacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
TikTok-a qrup çatlarının yaradılması funksiyası əlavə edilib
TikTok-a qrup çatlarının yaradılması funksiyası əlavə edilib
TikTok mesajlaşma bölməsinə yeni imkanlar əlavə etməklə öz platformasının funksionallığını genişləndirir.
Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!
Google və Meta-nın uşaqları hədəf alan gizli ortaqlığı üzə çıxıb!
Google və Meta sosial media platformaları, YouTube və Instagram vasitəsilə uşaqları hədəfə alıb. Reklam siyasətləri ilə uşaqları cinsiyyətçi reklamlara məruz qoyan şirkətlər, ortaqlıqları üzə çıxdıqdan sonra planlarından əl çəkiblər.
TikTok-un sahibi ByteDance, Jimeng AI adlı öz video süni intellekt alətini təqdim edib!
TikTok-un sahibi ByteDance, Jimeng AI adlı öz video süni intellekt alətini təqdim edib!
Xüsusilə Çin şirkətləri tərəfindən hazırlanmış video süni intellekt proqramları, getdikcə populyarlaşmağa başlayır. İndi isə Tiktok şirkətinin sahibi olan ByteDance, Jimeng AI adlı öz mətndən videoya süni intellekt tətbiqini təqdim edib.
TikTok uşaqların konfidensiallıqlarının pozulmasında günahlandırılır
TikTok uşaqların konfidensiallıqlarının pozulmasında günahlandırılır
ABŞ Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış yeni məhkəmə iddiasında TikTok servisi və onun sahibi olan ByteDance şirkəti “İnternetdə uşaqların konfidensiallıqlarının qorunması qanunu”nu (COPPA) pozmaqda günahlandırılırlar.
Çində 57 TikTok işçisi xəstəxanaya yerləşdirilib!
Çində 57 TikTok işçisi xəstəxanaya yerləşdirilib!
TikTok-un Çində yerləşən ana şirkəti ByteDance-in Sinqapur ofisində böyük qida zəhərlənməsi qalmaqalı yaşanıb. Çərşənbə axşamı baş verən hadisədə 60 nəfərin qastroenterit əlamətləri ilə xəstəxanaya yerləşdirildiyi və onlardan 57-sinin müalicə olunduğu bildirilir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!