
Google süni zəka vasitəsilə dəyişikliyə məruz qalmış şəkilləri xüsusi işarə ilə işarələyəcək
Proqram Təminatı
07.02.2025
Emil Nəcəfov
Google Photos tətbiqi, generativ süni zəka ilə redaktə edilmiş şəkillər üçün SynthID adlı rəqəmsal su nişanlarını istifadə etməyə başlayacaq. Google şirkətinin açıqlamasına görə, bu yeni funksiya Magic Editor-un Reimagine aləti ilə dəyişdirilmiş şəkillərin daha asan tanınması üçün nəzərdə tutulub. Magic Editor istifadəçilərə şəkilləri mətn sorğuları vasitəsilə redaktə etməyə, müxtəlif detalları əlavə etməyə və ya silməyə imkan verir. Hərçənd süni zəka alətləri özlüyündə bir təhlükə yaratmasa da, Magic Editor bəzi hallarda manipulyasiya olunmuş görüntülər yarada bilər. Məsələn, qəzalar, düşmüş helikopterlər və digər dramatik səhnələr yaradıb, real hadisə kimi təqdim oluna bilər, üstəlik şəklin dəyişdirildiyini göstərən açıq-aşkar işarələr olmadan.

Rəqəmsal su nişanları bu problemi həll etmək üçün nəzərdə tutulub. Lakin SynthID şəkilin vizual görünüşünü dəyişmir və onu süni zəka ilə redaktə edilib-edilmədiyini anlamaq üçün əlavə olaraq "Şəkil haqqında" yoxlama funksiyasından istifadə etmək lazımdır. Bundan əlavə, Google etiraf edir ki, Magic Editor vasitəsilə edilən bəzi kiçik dəyişikliklər o qədər cüzi ola bilər ki, SynthID bu dəyişiklikləri müəyyən edə bilməyəcək və onları işarələməyəcək. Mütəxəssislər bildirirlər ki, rəqəmsal su nişanları manipulyasiya edilmiş şəkillərin tanınmasına kömək edə bilər, lakin bu texnologiya neyron şəbəkələr tərəfindən yaradılan məzmunun genişmiqyaslı yoxlanılması üçün kifayət deyil.
Buna görə etibarlı və effektiv bir sistem üçün bir sıra müxtəlif yanaşmalar və proqram həllərinin birgə tətbiqi tələb olunacaq. Qeyd edək ki, rəqəmsal su nişanı sistemi Google-un Imagen AI neyron şəbəkəsində istifadə olunur. Bu sistem mətn əsasında şəkillər generasiya edir. Bənzər alətlər digər şirkətlər tərəfindən də hazırlanıb. Məsələn, Adobe şirkətinin Content Credentials funksiyası metaməlumatlara icazəsiz müdaxilənin qarşısını alır və müəlliflərə öz məlumatlarını əlavə etməyə imkan verir. SynthID texnologiyası DeepMind komandası tərəfindən hazırlanıb və şəkillərə, videolara, audio fayllara və mətnlərə daxil edilə bilən rəqəmsal metatag sistemidir. Bu etiketlər sayəsində faylların süni zəka tərəfindən yaradılıb-yaradılmadığını və ya dəyişdirilib-dəyişdirilmədiyini müəyyən etmək mümkündür.
Mənbə: Google
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Gemini 2.0 Flash Thinking süni zəka modeli hamı üçün istifadəyə verilib

Google Gemini 2.0 Flash Thinking süni zəka modeli hamı üçün istifadəyə verilib
Google, süni zəka platforması Gemini üçün böyük bir yeniləmə təqdim edib. Bu yeniləmə tətbiqə “məntiqi düşünmə” funksiyası olan təcrübi bir model əlavə edir. Bu model Gemini 2.0 Flash Thinking adlanır və mürəkkəb suallara cavab verməzdən əvvəl öz məntiqi düşünmə prosesini izah edir.
Google Search bu il daha çox süni zəka köməkçisinə bənzəyəcək

Google Search bu il daha çox süni zəka köməkçisinə bənzəyəcək
Google şirkətinin CEO-su Sundar Pichai-nin sözlərinə əsasən Google axtarış sistemi axtarış sistemi süni zəka ətrafında "səyahət" prosesindədir. Bu səyahətin ilk addımı süni zəka əsaslı xülasələrin (AI Overviews) təqdim edilməsi olub.
Google süni zəka infrastrukturunun inkişafına bu il 75 milyard dollar investisiya yatıracaq

Google süni zəka infrastrukturunun inkişafına bu il 75 milyard dollar investisiya yatıracaq
Google şirkətinin sahibi olan Alphabet holdinqi bu həftə ötən ilin dördüncü rübü üzrə maliyyə nəticələrini açıqladı. Şirkətin ümumi gəliri 12% artaraq 96.47 milyard dollara çatıb, lakin bu göstərici analitiklərin proqnozlarından aşağı olub.
Google süni zəkanı hərbi məqsədlərdə istifadə etməyəcəyi vədindən imtina edib

Google süni zəkanı hərbi məqsədlərdə istifadə etməyəcəyi vədindən imtina edib
Bu həftə Google şirkəti öz veb saytından süni zəkanın silah və ya nəzarət üçün istifadə edilməyəcəyinə dair öhdəlik vədini silib. Şirkət saytdakı süni zəka prinsipləri səhifəsini yeniləyərək, "Məqsədimiz olmayan tətbiqlər" bölməsini silib. Bu bölmə hələ ötən həftə saytda mövcud idi.
Çin şirkətinə qarşı antimonopoliya istintaqına start verib

Çin şirkətinə qarşı antimonopoliya istintaqına start verib
Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi (SAMR) Google şirkətinə qarşı antimonopoliya qanunlarını pozmaq şübhəsi ilə bağlı araşdırmaya başlayacağını elan edib. Qeyd etmək lazımdır ki, Alphabet holdinqinə məxsus bu axtarış xidməti 2010-cu ildən bəri Çində əlçatan deyil.
Həftənin xəbərləri

