main-post-cover

    Çin şirkətinə qarşı antimonopoliya istintaqına start verib

    Tech-Biznes
    04.02.2025
    Emil Nəcəfov
         Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi (SAMR) Google şirkətinə qarşı antimonopoliya qanunlarını pozmaq şübhəsi ilə bağlı araşdırmaya başlayıb. Qeyd etmək lazımdır ki, Alphabet holdinqinə məxsus bu axtarış xidməti 2010-cu ildən bəri Çində əlçatan deyil. Bu açıqlama Çin hökumətinin bəzi ABŞ mallarına əlavə rüsumlar tətbiq edəcəyini elan etməsindən dərhal sonra verilib. Çinin Maliyyə Nazirliyi 10 fevraldan etibarən ABŞ-dan idxal olunan kömür və mayeləşdirilmiş təbii qaz üçün 15% əlavə rüsum tətbiq edəcəyini elan edib.
         Bundan əlavə, ABŞ-dan xam neft, kənd təsərrüfatı avadanlığı və bəzi minik və yük avtomobillərinin tədarükünə rüsumların 10% artırılacağı bildirilib. Bu tarif artımı, ABŞ-ın 4 fevraldan etibarən Çin mallarının idxalına mövcud rüsumlara əlavə olaraq 10%-lik yeni vergi tətbiq etməsinə cavab olaraq həyata keçirilir. Bundan başqa, Çin elektronika, aviasiya və müdafiə sənayesində istifadə olunan volfram, tellur, rutenium, molibden və digər strateji metalların ixracına nəzarət tətbiq edib.
         Həmçinin, Çin, Calvin Klein brendinin sahibi olan PVH və ABŞ-ın gen sekvensiya şirkəti Illumina-nı "qara siyahıya" əlavə edib. Reuters-ın məlumatına görə, ABŞ-dan idxal edilən elektrik yük maşınlarına tətbiq olunan 10%-lik əlavə rüsum, Elon Musk-ın Tesla şirkətinin Çində təbliğ etdiyi Cybertruck pikaplarının gələcək tədarüklərinə də şamil edilə bilər. Tesla hələlik bu addımla bağlı heç bir rəsmi şərh verməyib. Google şirkətinə gəldikdə isə axtarış xidməti 2010-cu ildən bəri Çində əlçatan olmasa da, şirkət ölkədə reklam biznesini davam etdirir. Mümkündür ki, Çin hakimiyyəti bu sahəni araşdırma predmeti kimi nəzərdən keçirsin.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google keçən il Android üçün 2.36 milyon zərərli tətbiqi bloklayıb
    google-kecen-il-android-ucun-236-milyon-zererli-tetbiqi-bloklayib
    DeepSeek böyük texnoloji şirkətlərin səhvlərini ortaya çıxardı
    deepseek-boyuk-texnoloji-sirketlerin-sehvlerini-ortaya-cixardi
    Google Pixel 9a-nın satış qiymətləri açıqlanıb
    google-pixel-9a-nin-satis-qiymetleri-aciqlanib
    Google Pixel 10a smartfonu köhnə prosessoru əldə edə bilər
    google-pixel-10a-smartfonu-kohne-prosessoru-elde-ede-biler
    Google, HTC-nin VR şöbəsini alıb
    google-htc-nin-vr-sobesini-alib