main-post-cover

    Google Gemini 2.0 Flash Thinking süni zəka modeli hamı üçün istifadəyə verilib

    Süni İntellekt
    06.02.2025
    Emil Nəcəfov
         Google, süni zəka platforması Gemini üçün böyük bir yeniləmə təqdim edib. Bu yeniləmə tətbiqə “məntiqi düşünmə” funksiyası olan təcrübi bir model əlavə edir. Bu model Gemini 2.0 Flash Thinking adlanır və mürəkkəb suallara cavab verməzdən əvvəl öz məntiqi düşünmə prosesini izah edir. Bu yenilik flaqman süni zəka modeli olan Gemini 2.0 Pro-nu da əhatə edən genişmiqyaslı Gemini 2.0 buraxılışının bir hissəsidir. Gemini 2.0 Flash Thinking ilk dəfə 2024-cü ilin dekabrında təqdim edildi və onun əsas məqsədi OpenAI-nin o1 DeepSeek-in R1 modelləri kimi "məntiqi düşünən" süni zəka sistemlərinə rəqib olmaqdır.
         Məlumata əsasən, bu sistem problemi həll etməzdən əvvəl onu daha kiçik addımlara bölmək qabiliyyətinə malikdir. Tərtibatçıların fikrincə baxmayaraq ki, son cavabın formalaşması daha çox vaxt apara bilər, bu yanaşma daha dəqiq nəticələr əldə etməyə kömək edir. Yeni imkanlar Gemini-nin artıq masaüstü və mobil cihazlardakı versiyalarının istifadəçiləri üçün əlçatandır. Gemini 2.0 Flash Thinking modelini tətbiqin açılan model seçimi menyusundan seçmək mümkündür. Bundan əlavə, yeniləmə ilə Google-un digər tətbiqlərində süni zəka funksiyalarından istifadə etmək imkanı yaradılıb. YouTube, Google Search Google Maps də daxil olmaqla.
    Animation showing the “2.0 Flash Thinking Experimental” AI model at work answering a question.
         Flash Thinking-dən əlavə, Gemini 2.0 Pro-nun təcrübi versiyası da təqdim edilib. Şayiələrə görə, bu versiya daha yüksək dəqiqliyə, proqramlaşdırma və riyaziyyatla bağlı məsələlərin həlli üçün təkmilləşdirilmiş xüsusiyyətlərə malikdir. Google isə bu modelin “Gemini seriyasındakı ən güclü süni zəka modeli” olduğunu bəyan edib. Pro versiya yalnız Advanced Gemini tarif planının istifadəçiləri üçün əlçatan olacaq. Bundan əlavə, Vertex AI AI Studio müştəriləri də bu modeldən istifadə edə biləcəklər. Bundan əlavə, büdcəli süni zəka modeli olan Gemini 2.0 Flash-Lite da təqdim edilib.
         Bu model daha öncəki versiyanın (1.5 Flash) çalışma sürətini və aşağı qiymətini özündə qoruyur, lakin əksər testlərdə daha yaxşı nəticələr sərgiləyir. Flash-Lite hazırda AI Studio və Vertex AI vasitəsilə ictimai test rejimində əlçatandır. Qeyd etmək lazımdır ki, OpenAI, Microsoft, Meta Anthropic kimi güclü rəqiblərlə kəskin rəqabət şəraitində Google süni zəka inkişafına investisiyalarını sürətlə artırır. Şirkət 2025-ci ildə süni zəka sahəsinə 75 milyard dollar xərcləməyi planlaşdırır. Bu məbləğ 2023-cü ildəki xərclərdən (32.3 milyard dollar) daha çoxdur. Gemini 2.0 yenilənməsi də bu genişmiqyaslı investisiya planının bir hissəsidir.
    Mənbə: The Verge
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ByteDance inanılmaz real görünən videoları yarada bilən süni zəka sistemini təqdim edib (VİDEO)
    bytedance-inanilmaz-real-gorunen-videolari-yarada-bilen-suni-zeka-sistemini-teqdim-edib-video
    Google Search bu il daha çox süni zəka köməkçisinə bənzəyəcək
    google-search-bu-il-daha-cox-suni-zeka-komekcisine-benzeyecek
    Google süni zəka infrastrukturunun inkişafına bu il 75 milyard dollar investisiya yatıracaq
    google-suni-zeka-infrastrukturunun-inkisafina-bu-il-75-milyard-dollar-investisiya-yatiracaq
    Google süni zəkanı hərbi məqsədlərdə istifadə etməyəcəyi vədindən imtina edib
    google-suni-zekani-herbi-meqsedlerde-istifade-etmeyeceyi-vedinden-imtina-edib
    Avropa Birliyi qanun ilə qadağan edilmiş süni zəkanın istifadə təlimatını təqdim edib
    avropa-birliyi-qanun-ile-qadagan-edilmis-suni-zekanin-istifade-telimatini-teqdim-edib