main-post-cover

    Google süni zəka infrastrukturunun inkişafına bu il 75 milyard dollar investisiya yatıracaq

    Tech-Biznes
    05.02.2025
    Emil Nəcəfov
         Google şirkətinin sahibi olan Alphabet holdinqi bu həftə ötən ilin dördüncü rübü üzrə maliyyə nəticələrini açıqladı. Şirkətin ümumi gəliri 12% artaraq 96.47 milyard dollara çatıb, lakin bu göstərici analitiklərin proqnozlarından aşağı olub. Bulud xidmətləri seqmentində gəlir 30% artaraq 11.96 milyard dollara yüksəlsə də, bu da investorların gözləntilərini doğrultmayıb. Bununla belə, şirkət 2025-ci ildə hesablama gücünü genişləndirmək məqsədilə kapital xərclərinə 75 milyard dollar ayırmağı planlaşdırır. ABŞ-ın qlobal bulud hesablama bazarındakı ən böyük oyunçuları olan şirkətlər rüblük hesabatlarını açıqlayarkən, Çin startapı DeepSeek-in uğurları da diqqət mərkəzinə düşüb.
         Bu startap məhdud maddi və texniki resurslara baxmayaraq, kifayət qədər rəqabətqabiliyyətli böyük dil modelləri yaradır. Məlum olduğu kimi, Meta Platforms bu il kapital xərcləri üçün 60-65 milyard dollar ayıracaq, Microsoft isə bu məqsədlə 80 milyard dollar investisiya etməyə hazırdır. Bu kontekstdə Google-un 75 milyard dollarlıq investisiyası onların arasında yer alır və bazarın 58.84 milyard dollar səviyyəsində gözləntilərdən xeyli yüksəkdir. Google bu il kapital xərclərini əsasən texniki infrastrukturun inkişafına yönəldəcək. İlk növbədə serverlərə, daha sonra isə məlumat emalı mərkəzləri və şəbəkə həllərinə.
    Google ilə Alphabet-in CEO-su Sundar Pichai:
         Təkcə bu rübdə Google-un kapital xərcləri 16-18 milyard dollar arasında olacaq, bu da analitiklərin 14.3 milyard dollarlıq proqnozundan yüksəkdir. Ötən rübdə Alphabet-in kapital xərcləri 14 milyard dollar təşkil etmişdi. Bu da analitiklərin 13.26 milyard dollar həcmində olan gözləntilərini üstələyib. Bundan əlavə, Alphabet bu il bulud texnologiyaları və süni zəka sistemləri seqmentlərində işçi sayını artırmağı da planlaşdırır. Alphabet-in rüblük hesabatı ümumilikdə investorları məyus etdi. Əsas səbəblərdən biri holdinqin gəlir artım tempinin 12%-ə enməsi oldu, halbuki ötən il bu göstərici 13% idi.
         Google-un gəliri həm YouTube, həm axtarış, həm də xidmətlər seqmentində daha yavaş artıb. Bununla belə, YouTube rübü 10.47 milyard dollar gəlirlə tamamladı, bu da bazarın gözləntilərindən yüksək oldu. Google-un bulud seqmentində gəliri 11.96 milyard dollar təşkil etdi, lakin bu, investorların 12.19 milyard dollarlıq proqnozundan aşağı qaldı. Buna baxmayaraq, bulud xidmətlərində gəlir 30% artıb. Şirkət rəhbərliyinin fikrincə, bu sahəyə olan tələbat Google-un xidmət göstərmə imkanlarını üstələyib. Google-un reklam gəliri rübün sonunda 10.6% artıb, halbuki ötən il bu göstərici 11% idi.
    - Axtarış biznesində gəlir 12.5% artıb, ötən il isə bu rəqəm 12.7% idi
    - YouTube-un reklam gəliri 13.8% yüksəlib, ötən il isə bu artım 15.5% təşkil edirdi
    - Xidmətlər seqmentində gəlir 10.2% artıb, halbuki ötən il bu göstərici 12.4% idi.
         Bu amillər Alphabet holdinqinin səhmlərinin ticarət sessiyasından sonra 9%-dən çox dəyər itirməsinə səbəb olub. Bununla belə, Alphabet-in xalis mənfəəti ötən rübün sonunda 28% artaraq 26.54 milyard dollara çatıb. Other Bets bölməsi, o cümlədən Waymo (pilotsuz taksi servisi) üzrə gəlir rübün sonunda 39% azalaraq 400 milyon dollara düşüb. Bu göstərici analitiklərin gözləntilərindən xeyli aşağı olub. Buna baxmayaraq, Waymo pilotsuz taksilərinin fəaliyyət zonasını genişləndirməyə başlayıb. Bu isə gələcəkdə gəlirin artacağına ümid verir.
    Mənbə: CNBC
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google süni zəkanı hərbi məqsədlərdə istifadə etməyəcəyi vədindən imtina edib
    google-suni-zekani-herbi-meqsedlerde-istifade-etmeyeceyi-vedinden-imtina-edib
    Çin şirkətinə qarşı antimonopoliya istintaqına start verib
    cin-sirketine-qarsi-antimonopoliya-istintaqina-start-verib
    Google keçən il Android üçün 2.36 milyon zərərli tətbiqi bloklayıb
    google-kecen-il-android-ucun-236-milyon-zererli-tetbiqi-bloklayib
    DeepSeek böyük texnoloji şirkətlərin səhvlərini ortaya çıxardı
    deepseek-boyuk-texnoloji-sirketlerin-sehvlerini-ortaya-cixardi
    Google Pixel 9a-nın satış qiymətləri açıqlanıb
    google-pixel-9a-nin-satis-qiymetleri-aciqlanib