main-post-cover

    Elon Musk, Grok 3 çat-botunun yaxın zamanda istifadəyə veriləcəyini elan edib

    Proqram Təminatı
    14.02.2025
    Emil Nəcəfov
         Elon Musk öz startapı xAI-nin Grok 3 adlı yeni çat-botu təqdim etməyə hazırlaşdığını elan edib. Onun sözlərinə görə, bu model mövcud süni zəka sistemlərindən üstün olacaq. Dünyəvi Hökumətlər Sammitində (Dubay) çıxış edərkən, Musk daxili sınaqlara istinad edərək, Grok 3-ün hazırkı süni zəka sistemləri ilə müqayisədə daha üstün məntiqi düşünmə qabiliyyətinə malik olduğunu vurğulayıb.
         Onun sözlərinə görə, Grok 3 hazırda yekun təkmilləşdirmə mərhələsindədir və 1-2 həftə ərzində təqdim olunacaq. "Bəzən mənə elə gəlir ki, Grok 3 qorxudacaq dərəcədə ağıllıdır" - deyə Musk çıxışında qeyd edib. Videokonfrans zamanı o, süni zəka üzərində apardığı işi, keçmiş tərəfdaşı, OpenAI-nin rəhbəri Sam Altman ilə münaqişəsini, eləcə də ABŞ federal hökumətində "bütöv agentliklərin ləğvi" ilə bağlı planlarını müzakirə edib.
         Musk vurğulayıb ki, xAI-nin yeni modeli sintetik məlumatlar əsasında təlimatlandırılıb və öz səhvlərini analiz edərək məntiqi ardıcıllığa nail olmağa çalışır. Bundan əlavə, o, OpenAI-ni tənqid edərək, şirkətin əvvəlcə qeyri-kommersiya və açıq mənbəli layihə kimi yaradıldığını, lakin indi maksimum qazanc əldə etməyə yönəldiyini bildirib. Sonda Musk zarafat edərək gələcəkdə süni zəkanın mehriban olacağına ümid etdiyini deyib.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk, OpenAI qarşısına şərt qoyub
    elon-musk-openai-qarsisina-sert-qoyub
    Elon Musk, Donald Trump-a 10 milyon dollar təzminat ödəyəcək
    elon-musk-donald-trump-a-10-milyon-dollar-tezminat-odeyecek
    Elon Musk, OpenAI şirkətini 97.4 milyard dollara almağı təklif edib
    elon-musk-openai-sirketini-974-milyard-dollara-almagi-teklif-edib
    Elon Musk-ın TikTok-u almaq kimi bir fikri yoxdur
    elon-musk-in-tiktok-u-almaq-kimi-bir-fikri-yoxdur
    Elon Musk-ın siyasi aktivliyi Starlink üçün təhlükə yarada bilər
    elon-musk-in-siyasi-aktivliyi-starlink-ucun-tehluke-yarada-biler