
Xiaomi AI Glasses ağıllı eynəyi təqdim edilib - QİYMƏTİ
Cihazlar+
30.06.2025
Emil Nəcəfov
Xiaomi şirkəti Ray-Ban Meta-ya cavab olaraq AI Glasses adlı ağıllı eynəyini təqdim edib. Qurğu vizual interfeysə malik deyil və yalnız səsli əmrlərə əsaslanır. Sağ qulaqcıqda sensor idarəetmə sahəsi yerləşir. İstifadəçi Xiaomi AI Glasses eynəyinə dioptriyasız rəngli linzalar quraşdıra və ya reseptli və əlavə elektro-xromik linzalardan istifadə edə bilər. Xiaomi AI Glasses Qualcomm-un Snapdragon AR1 prosessoru əsasında hazırlanıb və Xiaomi-nin inkişaf etdirdiyi Vela əməliyyat sistemi ilə işləyir. Bu ağıllı eynək 12 MP-lik sensorla (Sony IMX681) təchiz olunmuş daxili kamera vasitəsilə obyektləri tanımaq və saniyədə 30 kadr sürətlə 2K keyfiyyətində video çəkmək imkanına malikdir.

5 ədəd sümük keçiriciliyi və səs-küyü azaltma funksiyasına malik mikrofon, zəng zamanı sahibinin səsinin aydın eşidilməsini və Xiao Ai səsli köməkçisinin işləməsini təmin edir. Multimedia səsləndirilməsi üçün eynəyə 2 ədəd səsgücləndirici yerləşdirilib. AI Glasses cəmi 40 qram çəkidədir. Ağıllı eynək 263 mAh enerji tutumlu batareya ilə təchiz olunub ki, bu da istehsalçının sözlərinə görə, 8 saat 36 dəqiqəlik avtonom işləmə müddəti təmin edir. Bu göstərici Ray-Ban Meta eynəklərinin çalışma müddətindən demək olar 2 dəfə çoxdur. Eynək USB Type-C girişi ilə təchiz olunub və istənilən uyğun enerji mənbəyinə birbaşa qoşula bilər. Xiaomi AI Glasses qara, qəhvəyi və yaşıl rənglərdə təqdim olunur və hələlik yalnız Çində satışdadır. Qurğunun qiyməti 278$ təşkil edir.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi Smart Band 10 ağıllı qolbağı təqdim edilib - QİYMƏTİ

Xiaomi Smart Band 10 ağıllı qolbağı təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti Çində Smart Band 10 ağıllı qolbağını təqdim edib. Yeni qolbaq xarici görünüşcə Xiaomi Smart Band 9-dan heç fərqlənmir. Yeni ağıllı qolbaq tanınan oval formalı gövdə dizaynını əldə edib.
Xiaomi Pad 7S Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ

Xiaomi Pad 7S Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti öz yeni flaqman planşetini təqdim edib. Söhbət, Xiaomi Pad 7S Pro-dan gedir. Bu yeni planşet böyük ölçülü ekranı, Xiaomi-nin fərdi prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Kompakt ölçülü REDMI K Pad planşeti təqdim edilib - QİYMƏTİ

Kompakt ölçülü REDMI K Pad planşeti təqdim edilib - QİYMƏTİ
REDMI brendi REDMI K80 Ultra flaqman smartfonu ilə yanaşı REDMI K Pad adlı kompakt ölçülü planşetini təqdim edib. Kompakt ölçüyə sahib olmasına baxmayaraq bu yeni planşet flaqman imkanları əldə edib.
REDMI K80 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ

REDMI K80 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi öz yeni flaqman smartfonunu təqdim edib. Söhbət, REDMI K80 Ultra-dan gedir. Bu yeni flaqman smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və olduqca böyük həcmli batareyanı əldə edib.
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 təqdim olunub - QİYMƏTİ

Qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 təqdim olunub - QİYMƏTİ
Xiaomi şirkəti qatlana bilən qapaqlı MIX Flip 2 smartfonunu təqdim edib. Bu yeni smartfon xarici görünüşcə ümumilikdə birinci nəsil MIX Flip-dən fərqlənmir. Yeni qatlana bilən qapaqlı smartfon iki ədəd ekranı və flaqman Snapdragon prosessorunu əldə edib.
Həftənin xəbərləri

