main-post-cover

    Xiaomi Pad 7S Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.06.2025
    Emil Nəcəfov
         Xiaomi şirkəti öz yeni flaqman planşetini təqdim edib. Söhbət, Xiaomi Pad 7S Pro-dan gedir. Bu yeni planşet böyük ölçülü ekranı, Xiaomi-nin fərdi prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Xiaomi Pad 7S Pro planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3.2K keyfiyyətli 12.5 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Planşetin çəkisi 576 qram, gövdə qalınlığı isə 5.8 mm təşkil edir. Bu, LCD ekranlı ən nazik və yüngül planşetdir. O, Xiaomi-nin XRing O1 adlı fərdi prosessoru vasitəsilə çalışır və 8/12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Xiaomi Pad 7S Pro özündə 50 MP-lik ön kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 120 vatt gücündə sürətli şarj texnologiyalı 10 610 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xiaomi Pad 7S Pro artıq Çində satışa çıxıb və onun qiyməti 460$-dan start götürür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Kompakt ölçülü REDMI K Pad planşeti təqdim edilib - QİYMƏTİ
    kompakt-olculu-redmi-k-pad-planseti-teqdim-edilib-qiymeti
    REDMI K80 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    redmi-k80-ultra-flaqman-smartfonu-teqdim-edilib-qiymeti
    Qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 təqdim olunub - QİYMƏTİ
    qatlana-bilen-qapaqli-xiaomi-mix-flip-2-teqdim-olunub-qiymeti
    Xiaomi Smart Band 10 ağıllı qolbağının ilk rəsmi render fotosu təqdim edilib
    xiaomi-smart-band-10-agilli-qolbaginin-ilk-resmi-render-fotosu-teqdim-edilib
    Qlobal bazarda POCO F7 subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-poco-f7-subflaqman-smartfonu-teqdim-edilib-qiymeti