main-post-cover

    Xiaomi Smart Band 10 ağıllı qolbağı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.06.2025
    Emil Nəcəfov
         Xiaomi şirkəti Çində Smart Band 10 ağıllı qolbağını təqdim edib. Yeni qolbaq xarici görünüşcə Xiaomi Smart Band 9-dan heç fərqlənmir. Yeni ağıllı qolbaq tanınan oval formalı gövdə dizaynını əldə edib. Beləliklə Xiaomi Smart Band 10 qolbağı 60 Hz-lik təsvir yenilənməsinə sahib 1.72 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1500 nit təşkil edir. Bu isə hətta günəşli mühitdə belə ekrandakı məlumatları rahatlıqla oxumağa imkan verir. Həmçinin ekran Always-on-Display (AoD) funksiyasını dəstəkləyir. Bu yeni ağıllı qolbağın gövdəsi 5ATM standartı üzrə sudan qorunur.
         Bu isə o deməkdir ki, onu rahatlıqla hovuzda və ya duş qəbul edərkən istifadə etmək olar. Xiaomi bildirib ki, Smart Band 10 ürək döyüntüləri ritmini və qandakı oksigen miqdarını ölçməklə yanaşı yuxu keyfiyyətini və stress səviyyəsini monitorinq edə bilir. Bundan əlavə olaraq cihaz 150-dən çox idman rejimini dəstəkləyir. Ağıllı qolbaq bir dəfə şarj olunandan sonra AoD funksiyasının deaktiv olduğu halda 21 gün ərzində, AoD funksiyasının aktiv olduğu halda isə 9 gün ərzində çalışa bilir. Xiaomi Smart Band 10-un əməliyyat sistemi qismində HyperOS 2 çıxış edir. Smart qolbaq artıq Çində satışa çıxıb. Adi versiyanın qiyməti 37$, NFC dəstəkli versiyanın qiyməti 44$, keramik gövdəli versiyanın qiyməti isə 52$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Pad 7S Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ
    xiaomi-pad-7s-pro-flaqman-planseti-teqdim-edilib-qiymeti
    Kompakt ölçülü REDMI K Pad planşeti təqdim edilib - QİYMƏTİ
    kompakt-olculu-redmi-k-pad-planseti-teqdim-edilib-qiymeti
    REDMI K80 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    redmi-k80-ultra-flaqman-smartfonu-teqdim-edilib-qiymeti
    Qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 təqdim olunub - QİYMƏTİ
    qatlana-bilen-qapaqli-xiaomi-mix-flip-2-teqdim-olunub-qiymeti
    Xiaomi Smart Band 10 ağıllı qolbağının ilk rəsmi render fotosu təqdim edilib
    xiaomi-smart-band-10-agilli-qolbaginin-ilk-resmi-render-fotosu-teqdim-edilib