main-post-cover

    Kompakt ölçülü REDMI K Pad planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.06.2025
    Emil Nəcəfov
         REDMI brendi REDMI K80 Ultra flaqman smartfonu ilə yanaşı REDMI K Pad adlı kompakt ölçülü planşetini təqdim edib. Kompakt ölçüyə sahib olmasına baxmayaraq bu yeni planşet flaqman imkanları əldə edib. Beləliklə REDMI K Pad planşeti 165 Hz-lik təsvir yenilənməsinə sahib 3008x1880 piksel keyfiyyətli 8.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 700 nit təşkil edir və üstəlik Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.
         Planşetin çəkisi 326 qram, gövdə qalınlığı isə 6.46 mm təşkil edir. Planşet MediaTek Dimensity 9400+ prosessoru vasitəsilə çalışır və 8/12/16 GB daxili yaddaş həcmi ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda REDMI K Pad özündə 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 67 vatt gücündə sürətli şarj texnologiyalı 7500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI K Pad artıq Çində satışa çıxıb və onun qiyməti 390$-dan start götürür.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    REDMI K80 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    redmi-k80-ultra-flaqman-smartfonu-teqdim-edilib-qiymeti
    Qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 təqdim olunub - QİYMƏTİ
    qatlana-bilen-qapaqli-xiaomi-mix-flip-2-teqdim-olunub-qiymeti
    Xiaomi Smart Band 10 ağıllı qolbağının ilk rəsmi render fotosu təqdim edilib
    xiaomi-smart-band-10-agilli-qolbaginin-ilk-resmi-render-fotosu-teqdim-edilib
    Qlobal bazarda POCO F7 subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-poco-f7-subflaqman-smartfonu-teqdim-edilib-qiymeti
    Xiaomi MIX Flip 2-nin xarici görünüşü rəsmi şəkildə sərgilənib
    xiaomi-mix-flip-2-nin-xarici-gorunusu-resmi-sekilde-sergilenib