
Təqdimata hazırlaşan OnePlus 13T-nin arxa kamera göstəriciləri rəsmi şəkildə açıqlanıb
Cihazlar+
18.04.2025
Emil Nəcəfov
OnePlus şirkəti 24 aprel tarixində kompakt ölçülü OnePlus 13T smartfonunu təqdim edəcək. Təıqdimata az müddət qalmasına baxmayaraq şirkət sözügedən smartfon barəsində bəzi məlumatları bölüşməyə davam edir. Şirkət bu dəfə OnePlus 13T-nin kamera göstəricilərini təsdiqləyib. Beləliklə OnePlus bildirib ki, OnePlus 13T özündə ikili arxa kameranı birləşdirəcək. Əsas arxa kamera Sony-nin 50 MP-lik kamerası olacaq. İkinci kamera isə 2 qat optik zoom-a sahib 50 MP-lik telekamera olacaq. Qeyd etmək lazımdır ki, daha öncəki məlumatlara əsasən OnePlus-ın bu kompakt ölçülü smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.32 düym ölçülü AMOLED ekranla təchiz olunacaq və Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OnePlus Pad 2 Pro flaqman planşeti Geekbench testlərindən keçib

OnePlus Pad 2 Pro flaqman planşeti Geekbench testlərindən keçib
OnePlus şirkəti öz yeni yüksək performanslı planşetini təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus Pad 2 Pro-dan gedir. İndi isə məlum olub ki, sözügedən planşet Geekbench testlərindən keçib.
Kompakt ölçülü OnePlus 13T-nin təqdimatı rəsmi şəkildə anons edilib

Kompakt ölçülü OnePlus 13T-nin təqdimatı rəsmi şəkildə anons edilib
Son zamanlarda məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti yaxın zamanda OnePlus 13T adlı kompakt ölçülü smartfonunu təqdim edəcək.
Kompakt ölçülü OnePlus 13T smartfonu Geekbench testlərindən keçib

Kompakt ölçülü OnePlus 13T smartfonu Geekbench testlərindən keçib
OnePlus şirkəti yaxın müddətdə OnePlus 13T adlı kompakt ölçülü smartfonunu təqdim edəcək. Biraz əvvəl biz xəbər verdik ki, Digital Chat Station ləqəbli məşhur insayder bu yeni smartfonun ilk keyfiyyətli fotosunu təqdim edib.
Kompakt ölçülü OnePlus 13T-nin ilk keyfiyyətli fotosu təqdim olunub

Kompakt ölçülü OnePlus 13T-nin ilk keyfiyyətli fotosu təqdim olunub
OnePlus şirkəti yaxın zamanda kompakt ölçülü smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus 13T-dən gedir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder təqdimata hazırlaşan sözügedən smartfonun ilk keyfiyyətli fotosunu təqdim edib.
OnePlus-ın hazırladığı yeni flaqman smartfonun təfərrüatları ortaya çıxıb

OnePlus-ın hazırladığı yeni flaqman smartfonun təfərrüatları ortaya çıxıb
Ortaya çıxmış məlumata əsasən OnePlus şirkəti hal-hazırda yeni flaqman smartfon üzərində çalışır. Ortaya çıxmış məlumatlarda şirkətin yeni flaqman smartfonu barəsində bəzi təfərrüatlar qeyd edilib.
Həftənin xəbərləri

