main-post-cover

    Kompakt ölçülü OnePlus 13T-nin təqdimatı rəsmi şəkildə anons edilib

    Cihazlar+
    15.04.2025
    Emil Nəcəfov
         Son zamanlarda məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti yaxın zamanda OnePlus 13T adlı kompakt ölçülü smartfonunu təqdim edəcək. Dünən hətta bu smartfonun ilk keyfiyyətli fotosu təqdim olundu və üstəlik məlum oldu ki, smartfon Geekbench testlərindən keçib. İndi isə OnePlus rəsmi şəkildə OnePlus 13T-nin təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən bu kompakt ölçülü smartfon 24 aprel tarixində Çində təqdim ediləcək. Şirkət tərəfindən paylaşılmış posterdə həmçinin OnePlus 13T-nin arxa panel dizaynı da əks olunub.
         Dizayn dünənki keyfiyyətli fotodakı dizayn ilə üst-üstə düşür. Görmək olar ki, OnePlus 13T smartfonu OnePlus üçün heç də xas olmayan tamamilə yeni arxa kamera dizaynını əldə edəcək. Belə ki, kamera sahəsinin özü kvadrat formasında olacaq, lakin kameraların özləri onun daxilindəki əlavə oval formalı sahənin daxilində yerləşəcəklər. Bundan əlavə olaraq posterlərdən birinə əsasən smartfonun ön panelində iPhone-lardakı Dynamic Island-a bənzər çıxıntı yerləşəcək. Gözləntilərə əsasən OnePlus 13T smartfonu 6.3 düym ölçülü OLED ekranla təchiz olunacaq və Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Kompakt ölçülü OnePlus 13T smartfonu Geekbench testlərindən keçib
    kompakt-olculu-oneplus-13t-smartfonu-geekbench-testlerinden-kecib
    Kompakt ölçülü OnePlus 13T-nin ilk keyfiyyətli fotosu təqdim olunub
    kompakt-olculu-oneplus-13t-nin-ilk-keyfiyyetli-fotosu-teqdim-olunub
    OnePlus-ın hazırladığı yeni flaqman smartfonun təfərrüatları ortaya çıxıb
    oneplus-in-hazirladigi-yeni-flaqman-smartfonun-teferruatlari-ortaya-cixib
    OnePlus Pad 2 Pro planşeti barəsində məlumatlae verilib
    oneplus-pad-2-pro-planseti-baresinde-melumatlae-verilib
    Qlobal bazarda OnePlus Watch 3 smart saatı təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-oneplus-watch-3-smart-saati-teqdim-edilib-qiymeti