main-post-cover

    OnePlus-ın hazırladığı yeni flaqman smartfonun təfərrüatları ortaya çıxıb

    Cihazlar+
    12.03.2025
    Emil Nəcəfov
         Ortaya çıxmış məlumata əsasən OnePlus şirkəti hal-hazırda yeni flaqman smartfon üzərində çalışır. Ortaya çıxmış məlumatlarda şirkətin yeni flaqman smartfonu barəsində bəzi təfərrüatlar qeyd edilib. Beləliklə məlumatlara inansaq, OnePlus-ın hazırladığı yeni flaqman smartfon ya OnePlus Ace 5V ya da Ace 5S adını əldə edəcək və keçən il satışa çıxmış Ace 3V-nin davamçısı olacaq. Məlumatda qeyd edilib ki, yeni flaqman smartfon hələ təqdim olunmamış MediaTek Dimensity 9400+ prosessoru vasitəsilə çalışacaq.
         Smartfon həmçinin özündə 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.83 düym ölçülü LTPS OLED ekranı birləşdirməlidir. OnePlus-ın yeni flaqman smartfonu 50 MP-lik əsas arxa kameraya sahib olacaq. Bununla belə smartfon telekameraya sahib olmayacaq. Smartfonun batareya həcmi barəsində məlumat verilməyib. Lakin istisna deyil ki, smartfon 6000-6500 mAh-dan daha böyük həcmli batareyanı əldə etsin və üstəlik 80 vatt və ya 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləsin. OnePlus tərəfindən hazırlanan bu yeni flaqman smartfonun nə zaman təqdim olunacağı bilinmir.
    Mənbə: GSMarena
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Pad 2 Pro planşeti barəsində məlumatlae verilib
    oneplus-pad-2-pro-planseti-baresinde-melumatlae-verilib
    Qlobal bazarda OnePlus Watch 3 smart saatı təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-oneplus-watch-3-smart-saati-teqdim-edilib-qiymeti
    OnePlus 13 Mini böyük həcmli batareyanı əldə edə bilər
    oneplus-13-mini-boyuk-hecmli-batareyani-elde-ede-biler
    Bu il OnePlus-dan qatlana bilən smartfon olmayacaq
    bu-il-oneplus-dan-qatlana-bilen-smartfon-olmayacaq
    OnePlus-ın kompakt ölçülü smartfonu barəsində yeni təfərrüattlar təqdim edilib
    oneplus-in-kompakt-olculu-smartfonu-baresinde-yeni-teferruattlar-teqdim-edilib