
Kompakt ölçülü OnePlus 13T-nin ilk keyfiyyətli fotosu təqdim olunub
Cihazlar+
14.04.2025
Emil Nəcəfov
OnePlus şirkəti yaxın zamanda kompakt ölçülü smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus 13T-dən gedir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder təqdimata hazırlaşan sözügedən smartfonun ilk keyfiyyətli fotosunu təqdim edib. Təqdim edilmiş fotoda smartfonun yalnız arxa paneli əks olunub. Fotodan da görmək olar ki, OnePlus 13T smartfonu OnePlus üçün heç də xas olmayan tamamilə yeni arxa kamera dizaynını əldə edəcək. Belə ki, kamera sahəsinin özü kvadrat formasında olacaq, lakin kameraların özləri onun daxilindəki əlavə oval formalı sahənin daxilində yerləşəcəklər. İnsayder bildirib ki, fotoda smartfon Cloud Ink Black adlı gövdə rəngində əks olunub. Gözləntilərə əsasən OnePlus 13T smartfonu 6.3 düym ölçülü ekrana sahib olacaq və Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OnePlus-ın hazırladığı yeni flaqman smartfonun təfərrüatları ortaya çıxıb

OnePlus-ın hazırladığı yeni flaqman smartfonun təfərrüatları ortaya çıxıb
Ortaya çıxmış məlumata əsasən OnePlus şirkəti hal-hazırda yeni flaqman smartfon üzərində çalışır. Ortaya çıxmış məlumatlarda şirkətin yeni flaqman smartfonu barəsində bəzi təfərrüatlar qeyd edilib.
OnePlus Pad 2 Pro planşeti barəsində məlumatlae verilib

OnePlus Pad 2 Pro planşeti barəsində məlumatlae verilib
OnePlus şirkəti keçən ilin ikinci yarısında OnePlus Pad Pro planşetini təqdim etmişdi. İndi isə şirkət OnePlus Pad 2 Pro planşeti üzərində çalışır.
Qlobal bazarda OnePlus Watch 3 smart saatı təqdim edilib - QİYMƏTİ

Qlobal bazarda OnePlus Watch 3 smart saatı təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti qlobal bazarda öz yeni smart saatını təqdim edib. Söhbət, OnePlus Watch 3-dən gedir. Bu, keçən ilki OnePlus Watch 2 modelinin yenilənmiş versiyasıdır.
OnePlus 13 Mini böyük həcmli batareyanı əldə edə bilər

OnePlus 13 Mini böyük həcmli batareyanı əldə edə bilər
Son zamanlar internetdə OnePlus-un kompakt ölçülü flaqmanı üzərində çalışdığı barəsində məlumatlar ortaya çıxıb.
Bu il OnePlus-dan qatlana bilən smartfon olmayacaq

Bu il OnePlus-dan qatlana bilən smartfon olmayacaq
OnePlus yeni qatlana bilən smartfonların buraxılması ilə bağlı rəsmi açıqlama yayıb. Qısa sözlə desək, şirkət bu il nə OnePlus Open-in davamçısını, nə də başqa qatlana bilən modelləri təqdim etməyi planlaşdırmır.
Həftənin xəbərləri

