main-post-cover

    Samsung-un genişləndirilmiş reallıq cihazının satış tarixi məlum olub

    Cihazlar+
    19.06.2025
    Emil Nəcəfov
         Samsung-un Android XR platforması ilə çalışan Project Moohan kod adlı genişləndirilmiş reallıq (XR - eXtended Reality) cihazı ilk dəfə bu ilin əvvəlində Galaxy S25 smartfon seriyasının təqdimatı çərçivəsində sərgilənmişdi. Samsung cihazın bu ilin sonlarında satışa çıxarılacağını vəd etmişdi. İndi isə bu mövzuda dəqiq tarixlər məlum olub. Samsung-un genişləndirilmiş reallıq cihazının satışı 13 oktyabrda başlayacaq. Məlumata əsasən Samsung cihazı 29 sentyabrda Cənubi Koreyada keçiriləcək Samsung Unpacked tədbirində təqdim edəcək.
         Cihaz həmin ölkədə 13 oktyabrda satışa çıxacaq və daha sonra qlobal bazarda da əlçatan olacaq. Cihazın prototipləri iyul ayında keçiriləcək növbəti Samsung Unpacked tədbiri zamanı bir daha nümayiş olunacaq. Cihazın dəqiq texniki xüsusiyyətləri hələ də açıqlanmayıb. Şayiələrə görə, cihazın proqram platformasına tətbiqlərdə naviqasiya və müxtəlif tapşırıqları yerinə yetirmək üçün Google Gemini süni zəka köməkçisi inteqrasiya olunacaq.
         Project Moohan cihazında kameraların mövcudluğu jestlə idarəetməni mümkün edəcək. Bu, Apple Vision Pro ilə oxşarlıq təşkil edir. Həmçinin məlumdur ki, cihaz Qualcomm Snapdragon XR2+ Gen 2 prosessoru ilə təchiz olunacaq və xarici batareya ilə birlikdə təqdim ediləcək. Yanvar ayında YouTube-da Project Moohan prototipinin sınaqdan keçirilməsini göstərən bir video yayımlanmışdı. Həmin videoda Android XR istifadəçi interfeysi də nümayiş etdirilmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Watch-ın bəzi funksiyaları ödənişli olacaq
    samsung-galaxy-watch-in-bezi-funksiyalari-odenisli-olacaq
    Samsung Galaxy F36-nın xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb
    samsung-galaxy-f36-nin-xarici-gorunusu-ve-bezi-texniki-imkanlari-ortaya-cixib
    Samsung Galaxy Tab S11 Ultra planşeti Geekbench testlərindən keçib
    samsung-galaxy-tab-s11-ultra-planseti-geekbench-testlerinden-kecib
    Samsung Galaxy Z Fold 7 ən nazik və yüngül qatlana bilən smartfon ola bilər
    samsung-galaxy-z-fold-7-en-nazik-ve-yungul-qatlana-bilen-smartfon-ola-biler
    Nazik gövdəli Samsung Galaxy S25 Edge-in satışları gözləntiləri qarşılamayıb
    nazik-govdeli-samsung-galaxy-s25-edge-in-satislari-gozlentileri-qarsilamayib