main-post-cover

    Samsung Galaxy F36-nın xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb

    Cihazlar+
    13.06.2025
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy F36 adlı yeni orta büdcəli smartfon üzərində çalışır. Məlum olub ki, hazırlanan bu yeni smartfonun xarici görünüşü və bəzi texniki imkanları Google Play Console-da ortaya çıxıb. Beləliklə ortaya çıxmış fotoya əsasən Galaxy F36 smartfonu yastı gövdə dizaynını əldə edəcək. Onun ekranı üzərində damcı formalı çıxıntı hissə, arxa panelində isə oval formalı uzunsov kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. Google Play Console-dakı məlumatlara əsasən Galaxy F36 smartfonu 2340x1080 piksel keyfiyyətli ekranla təchiz olunacaq və Exynos 1380 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 6 GB RAM-ı birləşdirəcək və qutudan Android 15-i əldə edəcək. Galaxy F36-nın yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Tab S11 Ultra planşeti Geekbench testlərindən keçib
    samsung-galaxy-tab-s11-ultra-planseti-geekbench-testlerinden-kecib
    Samsung Galaxy Z Fold 7 ən nazik və yüngül qatlana bilən smartfon ola bilər
    samsung-galaxy-z-fold-7-en-nazik-ve-yungul-qatlana-bilen-smartfon-ola-biler
    Nazik gövdəli Samsung Galaxy S25 Edge-in satışları gözləntiləri qarşılamayıb
    nazik-govdeli-samsung-galaxy-s25-edge-in-satislari-gozlentileri-qarsilamayib
    Samsung öz yeni qatlana bilən smartfonunun ilk tizerini təqdim edib
    samsung-oz-yeni-qatlana-bilen-smartfonunun-ilk-tizerini-teqdim-edib
    2 il ərzində aktivlik sərgiləməyən Samsung hesabları iyulun sonunda silinəcəklər
    2-il-erzinde-aktivlik-sergilemeyen-samsung-hesablari-iyulun-sonunda-silinecekler