
Samsung Galaxy Watch-ın bəzi funksiyaları ödənişli olacaq
Proqram Təminatı
18.06.2025
Emil Nəcəfov
İstifadəçinin orqanizm vəziyyətinə taxıla bilən cihazlar vasitəsilə həyata keçirilən nəzarət funksiyaları getdikcə daha da mürəkkəbləşir və xidmət provayderi üçün artan xərclər tələb edir. Samsung artıq özünün Health ekosistemi çərçivəsində təqdim etdiyi bəzi xidmətlərin monetizasiya edilməsinin vacibliyindən danışmışdı və bu yaxınlarda bu niyyətini bir daha təsdiqlədi. Samsung Electronics şirkətinin rəqəmsal sağlamlıq sahəsi üzrə rəhbəri, Hon Pak CNet-ə verdiyi müsahibədə Cənubi Koreya nəhənginin Samsung Health-in bir sıra funksiyaları üçün pullu abunəlik sistemi tətbiq etməyi nəzərdən keçirdiyini bildirib.

O, rəqib şirkətlərin taxıla bilən cihazlarında mövcud olan Fitbit Premium və Garmin Connect Plus xidmətlərini nümunə göstərib. Samsung nümayəndəsi hansı funksiyaların pullu abunə paketinə daxil olacağını dəqiqləşdirməsə də, müsahibəsi zamanı əsasən OneUI 8 Watch proqram təminatının yenilənməsini müzakirə edib. Sözügedən yeniliklər ürək-damar sisteminə düşən yükə, yuxu keyfiyyətinə və orqanizmdə qocalma prosesini yavaşlatmağa kömək edən antioksidantların səviyyəsinə daha dəqiq nəzarət imkanlarını nəzərdə tutur.

CNet nümayəndələrinin fikrincə, Samsung Health xidmətinin monetizasiya siyasətinin gələcək mərhələsi, yeni funksiyaların müasir taxıla bilən cihaz sahibləri üçün pulsuz, köhnə modellər üçün isə - əgər texniki imkanlar uyğun olarsa - pullu şəkildə təqdim olunmasını nəzərdə tuta bilər. Samsung, Samsung Health-də bəzi funksiyalara girişin ödənişli ola biləcəyini ilk dəfə ötən il elan etmişdi. Bu yeniliklər şirkətin biznes modelində pullu abunəliyin əlavə edilməsini nəzərdə tutan yeganə dəyişiklik olmayacaq. Samsung daha əvvəl bildirmişdi ki, Galaxy AI funksiyalar dəsti istifadəçilər üçün yalnız 2025-ci ilin sonunadək pulsuz qalacaq. Beləliklə, növbəti ilin əvvəlindən etibarən şirkət öz cihazlarındakı bəzi süni zəka funksiyalarını ödənişli kateqoriyaya keçirə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy F36-nın xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb

Samsung Galaxy F36-nın xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb
Samsung şirkəti Galaxy F36 adlı yeni orta büdcəli smartfon üzərində çalışır. Məlum olub ki, hazırlanan bu yeni smartfonun xarici görünüşü və bəzi texniki imkanları Google Play Console-da ortaya çıxıb.
Samsung Galaxy Tab S11 Ultra planşeti Geekbench testlərindən keçib

Samsung Galaxy Tab S11 Ultra planşeti Geekbench testlərindən keçib
Samsung keçən ilin ikinci yarısında Galaxy Tab S10 Ultra planşetini təqdim etmişdi. İndi isə şirkət Galaxy Tab S11 Ultra planşeti üzərində çalışır.
Samsung Galaxy Z Fold 7 ən nazik və yüngül qatlana bilən smartfon ola bilər

Samsung Galaxy Z Fold 7 ən nazik və yüngül qatlana bilən smartfon ola bilər
Ötən həftə Samsung Galaxy Z Fold 7 smartfonunun tizerini yayımlayaraq, onun imkanlarının Ultra seriyasının flaqman modellərinə uyğun olacağına işarə etmişdi.
Nazik gövdəli Samsung Galaxy S25 Edge-in satışları gözləntiləri qarşılamayıb

Nazik gövdəli Samsung Galaxy S25 Edge-in satışları gözləntiləri qarşılamayıb
Samsung ümid edirdi ki, nazik gövdəli Galaxy S25 Edge smartfonu bazarı canlandıracaq və şirkət üçün yeni gəlir mənbəyi yaradacaq. Lakin əslində bu modelin satışa çıxarılması uğursuzluqla nəticələnə bilər.
Samsung öz yeni qatlana bilən smartfonunun ilk tizerini təqdim edib

Samsung öz yeni qatlana bilən smartfonunun ilk tizerini təqdim edib
Samsung şirkəti yeni qatlana bilən smartfonunun ilk rəsmi tizerini yayımlayıb. Animasiyadan və onu müşayiət edən mətndən belə görünür ki, bu cihaz yeni ad ilə təqdim oluna və ya hətta şirkətin cihazlar seriyasında yeni kateqoriyaya keçid edə bilər
Həftənin xəbərləri

