main-post-cover

    Nazik gövdəli Samsung Galaxy S25 Edge-in satışları gözləntiləri qarşılamayıb

    Cihazlar+
    04.06.2025
    Emil Nəcəfov
         Samsung ümid edirdi ki, nazik gövdəli Galaxy S25 Edge smartfonu bazarı canlandıracaq və şirkət üçün yeni gəlir mənbəyi yaradacaq. Lakin əslində bu modelin satışa çıxarılması uğursuzluqla nəticələnə bilər. Sənaye mənbələrinin məlumatlarına əsasən smartfonun satışları gözləntilərdən aşağıdır. Samsung Galaxy S25 Edge şirkəti qane edəcək qədər geniş auditoriya cəlb edə bilməyib və bu model artıq uğursuz təcrübə statusuna yaxınlaşır. Samsung demək olar ki, hər bir neçə gündən bir, bu cihaz üçün öncədən sifariş verənlərə əlavə bonuslar təklif etməyə başlayıb.
         Potensial alıcılar üçün bu, əlbəttə ki, xoşdur, lakin bu cür addımlar adətən öncədən sifarişlərin ilkin göstəricilərinin çox zəif olduğunu göstərir - heç olmasa, bəzi bazarlarda. Bu göstəricilər o qədər aşağı olub ki, Samsung artıq ilk 2 həftədə belə ön sifariş bonuslarını artırmaq məcburiyyətində qalıb. Galaxy S25 Edge modelinin Koreya bazarında rəsmi satışa çıxmasından sonra Samsung ilkin satış göstəricilərini açıqlamadı. Bu, cihazın uğursuzluğu üçün qəti sübut sayılmasa da, Samsung üçün qeyri-adi haldır. İndi isə mənbələr açıq şəkildə bildirirlər ki, istifadəçilərin nazik smartfona marağı şirkətin gözləntilərindən aşağı olub.
         Digər tərəfdən, Galaxy S25 Edge-in satışları hələ yeni başlayıb, və istifadəçilər cihazın güclü tərəflərini tam dərk etməyə vaxt tapmayıblar. Ola bilsin ki, gələcəkdə vəziyyət düzələ bilər, xüsusilə nəzərə alsaq ki, Samsung səxavətli endirimlər təqdim etməyə hazırdır. Üstəlik, nazik gövdəsinə baxmayaraq o, gözləniləndən daha davamlı çıxıb. Lakin əgər satışlar doğrudan da çox zəif davam edərsə, Galaxy S25 Edge Samsung-un tarixində unudulmuş bir səhifəyə çevrilə bilər. Amma satışların zəifliyi bu cihazın alınmasına qarşı ciddi arqument hesab olunmamalıdır. Çünki bəzən nadir cihazlar məhz öz fərqliliyi ilə dəyərli olur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung öz yeni qatlana bilən smartfonunun ilk tizerini təqdim edib
    samsung-oz-yeni-qatlana-bilen-smartfonunun-ilk-tizerini-teqdim-edib
    2 il ərzində aktivlik sərgiləməyən Samsung hesabları iyulun sonunda silinəcəklər
    2-il-erzinde-aktivlik-sergilemeyen-samsung-hesablari-iyulun-sonunda-silinecekler
    Öz smartfonlarını fərdi şəkildə istehsal edən yeganə şirkət Samsung olaraq qaldı
    oz-smartfonlarini-ferdi-sekilde-istehsal-eden-yegane-sirket-samsung-olaraq-qaldi
    Xiaomi qlobal ağıllı saat və qolbaqlar bazarında Apple şirkətini geridə qoyub
    xiaomi-qlobal-agilli-saat-ve-qolbaqlar-bazarinda-apple-sirketini-geride-qoyub
    Donald Trump-ın 25%-lik gömrük rüsumu Apple ilə yanaşı Samsung-a da şamil oluna bilər
    donald-trump-in-25-lik-gomruk-rusumu-apple-ile-yanasi-samsung-a-da-samil-oluna-biler