main-post-cover

    Samsung qatlanma izinə sahib olmayan qatlana bilən smartfon prototipini sərgiləyib

    Cihazlar+
    05.03.2025
    Emil Nəcəfov
         Samsung MWC 2025 sərgisində yeni qatlana bilən smartfon prototipini təqdim edib. Onun əsas xüsusiyyəti isə ekrandakı qatlanma izinin demək olar ki, görünməz olmasıdır. Bu, müxtəlif insayderlərin qarşıdakı Galaxy Z Fold 7 modelində oxşar təkmilləşdirmənin olacağı ilə bağlı yayılan məlumatları təsdiqləyir. Fotolarda göründüyü kimi, smartfonun sağ tərəfində ekranın qatlanan yerində nəzərəçarpan bir qatlanma izi yoxdur. Bu hissədə işıq əks olunanda cüzi təhriflər müşahidə olunsa da, sol tərəfdəki cihazla müqayisədə fərq açıq şəkildə görünür.
         Qatlanma hissəsinin toxunuş zamanı hiss olunub-olunmadığı isə məlum deyil. Diqqətçəkən məqamlardan biri də odur ki, prototip sol tərəfdəki cihazdan daha böyük ekrana malikdir. Bu da Samsung-un növbəti qatlana bilən smartfonu ilə bağlı son şayiələrlə üst-üstə düşür. Gözlənilir ki, Galaxy Z Fold 7 modelində daxili ekranın diaqonalı 7.6 düym-dən 8.2 düym-ə, xarici ekranın isə 6.3 düym-dən 6.5 düym-ə qədər böyüyəcək. Bundan əlavə, cihazın qatlanmış vəziyyətdə qalınlığının 5.6 mm-dən 4.5 mm-ə qədər azalacağı bildirilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung genişləndirilmiş reallıq (XR) cihazının bu il ərzində təqdim olunacağını təsdiqləyib
    samsung-genislendirilmis-realliq-xr-cihazinin-bu-il-erzinde-teqdim-olunacagini-tesdiqleyib
    Samsung qatlana bilən portativ oyun konsolu prototipini sərgiləyib
    samsung-qatlana-bilen-portativ-oyun-konsolu-prototipini-sergileyib
    Samsung 5000 nit parlaqlıq səviyyəsinə sahib OLED ekranını təqdim edib
    samsung-5000-nit-parlaqliq-seviyyesine-sahib-oled-ekranini-teqdim-edib
    Samsung Galaxy A26 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-a26-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Samsung Galaxy A36 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-a36-5g-smartfonu-teqdim-edilib-qiymeti