main-post-cover

    Samsung genişləndirilmiş reallıq (XR) cihazının bu il ərzində təqdim olunacağını təsdiqləyib

    Cihazlar+
    05.03.2025
    Emil Nəcəfov
         Samsung MWC 2025 sərgisində Google ilə birgə hazırladığı genişləndirilmiş reallıq (XR) cihazı - Project Moohan-ı sərgiləyib. Bu cihaz ötən il satışa çıxarılan və 3500$ dəyərində olan Apple Vision Pro-ya alternativ kimi nəzərdə tutulub. Samsung-un nümayəndəsi CNBC-yə verdiyi açıqlamada bildirib ki, cihaz bu il ərzində təqdim olunacaq. İlk olaraq cihaz tərtibatçılar üçün əlçatan olacaq, daha sonra isə istehlakçılara təqdim ediləcək. Samsung Project Moohan cihazının prototipini ilk dəfə ötən ilin dekabrında nümayiş etdirmişdi.
         Cihaz Google-un Android XR adlı əməliyyat sisteminə əsaslanır. Bu platformanın hazırlanmasında Samsung və Google ilə yanaşı, Qualcomm da iştirak edib. Gözləntilərə baxmayaraq, Samsung MWC 2025 sərgisində Project Moohan haqqında ətraflı məlumat açıqlamadı. Dekabr ayında şirkət bildirmişdi ki, cihaza Google-un süni zəka əsaslı köməkçisi Gemini inteqrasiya ediləcək. Bu, istifadəçilərə tətbiqlər və tapşırıqlar arasında naviqasiya etməyə kömək edəcək.
         Project Moohan kameralarla təchiz edildiyi üçün cihazın Apple Vision Pro-da olduğu kimi jestlə idarəetməni dəstəkləyəcəyi güman edilir. Bundan əlavə, cihaz Qualcomm Snapdragon XR2+ Gen 2 prosessoru və xarici batareya bloku ilə təchiz ediləcək. Samsung-un mobil bölməsinin icraçı vitse-prezidenti Patrick Chomet, CNBC-yə verdiyi müsahibədə bildirib: "Mənim üçün inqilabi texnologiya genişləndirilmiş vizual imkanları istifadəçi niyyətlərini anlayan zəka ilə birləşdirəndir. Süni zəkasız belə bir cihaz natamam bir məhsul hesab oluna bilər".
    Mənbə: CNBC
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung qatlana bilən portativ oyun konsolu prototipini sərgiləyib
    samsung-qatlana-bilen-portativ-oyun-konsolu-prototipini-sergileyib
    Samsung 5000 nit parlaqlıq səviyyəsinə sahib OLED ekranını təqdim edib
    samsung-5000-nit-parlaqliq-seviyyesine-sahib-oled-ekranini-teqdim-edib
    Samsung Galaxy A26 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-a26-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Samsung Galaxy A36 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-a36-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Samsung Galaxy A56 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-a56-5g-smartfonu-teqdim-edilib-qiymeti