
Samsung 5000 nit parlaqlıq səviyyəsinə sahib OLED ekranını təqdim edib
Elm & Texnologiya
03.03.2025
Emil Nəcəfov
Samsung, MWC 2025 sərgisi çərçivəsində smartfonlar, smart saatlar və noutbuklar üçün nəzərdə tutulmuş 5000 nit pik parlaqlığa malik yeni OLED ekranını təqdim edib. Bu OLED ekran Samsung-un özünəməxsus On-Cell Film (OCF) texnologiyasını istifadə edir. OCF texnologiyası ənənəvi polyarizator optik filtrlərinə ehtiyacı aradan qaldırır. Polyarizatorlar OLED ekranların kontrastını artırsa da, eyni zamanda parlaqlığı demək olar ki, iki dəfə azaldır.
Samsung polyarizatoru çıxarmaqla yalnız OLED panelinin parlaqlığını artırmaqla kifayətlənməyib, həm də enerji səmərəliliyini yüksəldib. Samsung-un məlumatına görə OCF OLED ekranları eyni enerji sərfiyyatı ilə 1.5 dəfə daha parlaqdır. Bu yeni ekranlar polyarizatorlu OLED ekranlarla müqayisədə 20% daha incədir. Eyni parlaqlıq səviyyəsində, yeni OLED ekranlar əvvəlki nəsil OLED ekranların istifadə etdikləri enerjinin cəmi 63%-ni sərf edir.

Bu texnologiya sayəsində batareyanın ömrü artır, ekranın ömrü uzanır və istilik yayılması azalır. Samsung-un 5000 nit pik parlaqlığa malik OLED texnologiyası rəqibləri üstələyir. 5000 nit pik parlaqlıq ekranın ümumi sahəsinin 10%-lik hissəsində əldə edilir. Bu, rəqiblərin oxşar pik parlaqlığa daha kiçik sahələrdə - cəmi 1% və ya 5% ekran sahəsində çatdığı hallardan üstündür. Samsung-un bu texnologiyası ilk dəfə Galaxy Z Fold 3 modelində təqdim edilib. İndi isə şirkət bu texnologiyanı monoblok (klassik form-faktor) smartfonlarda və hətta qatlana bilən OLED ekranlı noutbuklarda tətbiq etməyi planlaşdırır.
Mənbə: Gizmochina
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy A26 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung Galaxy A26 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Galaxy A36 5G və A56 5G ilə yetinməyərək üstəlik Galaxy A26 5G modelini də təqdim edib. Bu model xarici görünüşcə demək olar ki, Galaxy A36 5G və A56 5G-yə bənzəyir.
Samsung Galaxy A36 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung Galaxy A36 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Galaxy A56 5G ilə yanaşı üstəlik Galaxy A36 5G smartfonunu da təqdim edib. Galaxy A36 5G mdoeli xarici görünüşcə Galaxy 56 5G-dən heç də fərqlənmir.
Samsung Galaxy A56 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung Galaxy A56 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti orta büdcəli Galaxy A56 5G smartfonunu təqdim edib. Galaxy A seriyasının bu yeni smartfonu böyük ölçülü ekranı, Exynos prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Samsung Galaxy S25 Edge-in nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı məlum olub

Samsung Galaxy S25 Edge-in nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı məlum olub
Galaxy S25 Edge, Galaxy S25 seriyasının dördüncü üzvü olaraq, Galaxy Unpacked tədbirində qısa olaraq anons edilmişdi.
Samsung smartfonları kvant kompüterlərindən qoruyacaq çip üzərində çalışır

Samsung smartfonları kvant kompüterlərindən qoruyacaq çip üzərində çalışır
Samsung kvant kompüterlərdən qorunmaq üçün yeni təhlükəsizlik çipi üzərində çalışır. S3SSE2A adlanan bu yeni çip, Samsung System LSI (Exynos çiplərinin hazırlanmasından cavabdeh olan şöbə) tərəfindən hazırlanıb və gələcək Galaxy cihazlarını kvant kompüterlərdən qaynaqlanan təhlükələrdən qorumağı hədəfləyir.
Həftənin xəbərləri

