main-post-cover

    Samsung Galaxy A36 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    03.03.2025
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy A56 5G ilə yanaşı üstəlik Galaxy A36 5G smartfonunu da təqdim edib. Galaxy A36 5G mdoeli xarici görünüşcə Galaxy 56 5G-dən heç də fərqlənmir. Smartfon Galaxy A56 5G kimi yastı gövdə dizaynını və arxa paneldən bənzər kamera sahəsini əldə edib. Galaxy A56 5G-dən əlavə təqdim edilmiş bu model özündə böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı birləşdirir.
         Beləliklə Galaxy A36 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Galaxy A36 5G-nin gövdəsi IP67 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
         Smartfon Snapdragon 6 Gen 3 prosessoru vasitəsilə çalışır və 6/8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP + 5 MP üçlü arxa kameraya və 12 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Galaxy A36 5G özündə 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirir. Smartfon qutudan Android 15 vasitəsilə çalışır. Galaxy A56 5G kimi Galaxy A36 5G modeli də 6 illik Android dəstəyinə və 6 illik təhlükəsizlik dəstəyinə sahib olacaq. Smartfon artıq satışa çıxıb və onun qiyməti 379$-dan start götürür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A56 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-a56-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Samsung Galaxy S25 Edge-in nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı məlum olub
    samsung-galaxy-s25-edge-in-n
    Samsung smartfonları kvant kompüterlərindən qoruyacaq çip üzərində çalışır
    samsung-smartfonlari-kvant-komputerlerinden-qoruyacaq-cip-uzerinde-calisir
    OneUI 7.0-ın Samsung smartfonlarında hansı tarixlərdə istifadəyə veriləcəyi məlum olub
    oneui-70-in-samsung-smartfonlarinda-hansi-tarixlerde-istifadeye-verileceyi-melum-olub
    Samsung Galaxy Z Fold 7-nin render fotoları təqdim edilib
    samsung-galaxy-z-fold-7-nin-render-fotolari-teqdim-edilib