main-post-cover

    Samsung Galaxy A56 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    03.03.2025
    Emil Nəcəfov
         Samsung şirkəti orta büdcəli Galaxy A56 5G smartfonunu təqdim edib. Galaxy A seriyasının bu yeni smartfonu böyük ölçülü ekranı, Exynos prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Galaxy A56 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunub.
         Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Galaxy A56 5G-nin gövdəsi IP67 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon Exynos 1580 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 12 MP + 5 MP üçlü arxa kameraya və 12 MP-lik ön kameraya sahibdir.
         Batareyaya gəldikdə isə Galaxy A56 5G özündə 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirir. Smartfon qutudan Android 15 vasitəsilə çalışır. Samsung bildirib ki, Galaxy A56 5G smartfonu 6 illik Android dəstəyinə və 6 illik təhlükəsizlik dəstəyinə sahib olacaq. Smartfon artıq satışa çıxıb və onun qiyməti 500$-dan start götürür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S25 Edge-in nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı məlum olub
    samsung-galaxy-s25-edge-in-n
    Samsung smartfonları kvant kompüterlərindən qoruyacaq çip üzərində çalışır
    samsung-smartfonlari-kvant-komputerlerinden-qoruyacaq-cip-uzerinde-calisir
    OneUI 7.0-ın Samsung smartfonlarında hansı tarixlərdə istifadəyə veriləcəyi məlum olub
    oneui-70-in-samsung-smartfonlarinda-hansi-tarixlerde-istifadeye-verileceyi-melum-olub
    Samsung Galaxy Z Fold 7-nin render fotoları təqdim edilib
    samsung-galaxy-z-fold-7-nin-render-fotolari-teqdim-edilib
    Büdcəli Samsung Galaxy M06 5G təqdim edilib - QİYMƏTİ
    budceli-samsung-galaxy-m06-5g-teqdim-edilib-qiymeti