main-post-cover

    Samsung Galaxy Z Flip 7-nin yeni render fotoları təqdim edilib

    Cihazlar+
    20.06.2025
    Emil Nəcəfov
         Son məlumat sızıntılarına inansaq, Samsung şirkəti gələn ay yeni qatlana bilən smartfonlarını təqdim edəcək. Söhbət, Galaxy Z Fold 7Z Flip 7 modellərindən gedir. Bunun 9 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbirində baş verəcəyi gözlənilir. Biraz əvvəl biz xəbər verdik ki, Android Headlines saytı Galaxy Z Fold 7 modelinin yeni fotolarını təqdim edib. İndi isə həmin sayt bu dəfə Galaxy Z Flip 7 modelinin yeni render fotolarını təqdim edib. Fotolardan da görmək olar ki, yeni smartfon ümumilikdə keçən ilki Galaxy Z Flip 6-dan o qədər də fərqlənməyəcək. Galaxy Z Flip 7-nin xarici ekranı üzərində iki ədəd kamera yerləşəcək. Məlumatda qeyd edilib ki, smartfon iki daxili yaddaş versiyasında satılacaq: 256 GB 512 GB. Bununla yanaşı Galaxy Z Flip 7-nin Snapdragon əvəzinə Exynos prosessorunu əldə edəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Z Fold 7-nin yeni render fotoları təqdim olunub
    samsung-galaxy-z-fold-7-nin-yeni-render-fotolari-teqdim-olunub
    Samsung Galaxy Z Fold 7 və Z Flip 7-nin nə zaman təqdim olunacaqları açıqlanıb
    samsung-galaxy-z-fold-7-ve-z-flip-7-nin-ne-zaman-teqdim-olunacaqlari-aciqlanib
    Samsung-un genişləndirilmiş reallıq cihazının satış tarixi məlum olub
    samsung-un-genislendirilmis-realliq-cihazinin-satis-tarixi-melum-olub
    Samsung Galaxy Watch-ın bəzi funksiyaları ödənişli olacaq
    samsung-galaxy-watch-in-bezi-funksiyalari-odenisli-olacaq
    Samsung Galaxy F36-nın xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb
    samsung-galaxy-f36-nin-xarici-gorunusu-ve-bezi-texniki-imkanlari-ortaya-cixib