main-post-cover

    Samsung Galaxy S25 Edge-in gövdə qalınlığı, çəkisi və satış qiyməti açıqlanıb

    Cihazlar+
    10.03.2025
    Emil Nəcəfov
         Son məlumat sızıntılarına inansaq, Samsung yanvar ayının sonunda Galaxy S25 smartfonlarından əlavə anons olunmuş nazik gövdəli Galaxy S25 Edge modelinin təqdimatını yaxın müddətdə keçirəcək. Qeyd etmək lazımdır ki, yanvar ayının sonunda şirkət Galaxy S25 Edge modelini anons edərkən onun özəllikləri barəsində heç bir məlumat vermədi. Üstəlik şirkət artıq geridə qalmış MWC 2025 sərgisi çərçivəsində də bu smartfonun xarici görünüşünü bir daha sərgilədi.
         İndi isə Ice Universe ləqəbli məşhur insayder Galaxy S25 Edge modeli barəsində yeni təfərrüatları təqdim edib. İnsayder bildirib ki, o, Galaxy S25 Edge modelinin gövdə qalınlığı və çəkisi barəsində dəqiq məlumatlara sahibdir. Beləliklə insayderin sözlərinə əsasən sözügedən smartfonun gövdə qalınlığı 5.84 sm, çəkisi isə 162 qramm təşkil edəcək. Bundan əlavə olaraq insayder əlavə edib ki, Galaxy S25 Edge modelinin satış qiyməti Galaxy S25+ modelinin satış qiyməti ilə eyni səviyyədə olacaq. Yəni smartfonun qiyməti 1000$-dan start götürəcək. Galaxy S25 Edge artıq gələn ayın ortasında təqdim oluna bilər.
    Mənbə: Ice Universe
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei və Xiaomi taxıla bilən cihazlar bazarının yarısını idarə edirlər
    huawei-ve-xiaomi-taxila-bilen-cihazlar-bazarinin-yarisini-idare-edirler
    Samsung qatlanma izinə sahib olmayan qatlana bilən smartfon prototipini sərgiləyib
    samsung-qatlanma-izine-sahib-olmayan-qatlana-bilen-smartfon-prototipini-sergileyib
    Samsung genişləndirilmiş reallıq (XR) cihazının bu il ərzində təqdim olunacağını təsdiqləyib
    samsung-genislendirilmis-realliq-xr-cihazinin-bu-il-erzinde-teqdim-olunacagini-tesdiqleyib
    Samsung qatlana bilən portativ oyun konsolu prototipini sərgiləyib
    samsung-qatlana-bilen-portativ-oyun-konsolu-prototipini-sergileyib
    Samsung 5000 nit parlaqlıq səviyyəsinə sahib OLED ekranını təqdim edib
    samsung-5000-nit-parlaqliq-seviyyesine-sahib-oled-ekranini-teqdim-edib