main-post-cover

    Çin dövlət qurumu Xiaomi YU7-nin bəzi özəlliklərini təqdim edib

    Nəqliyyat
    04.02.2025
    Emil Nəcəfov
         Xiaomi hələ dekabr ayında YU7 adlı elektromobilini sərgiləmişdi, lakin onun texniki xüsusiyyətləri barəsində demək olar ki, heç bir məlumat paylaşmamışdı. Xiaomi-nin yerinə bunu başqa təmsilçi edib. Belə ki, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi (MIIT) bu sirri qismən açıb və avtomobilin əsas xüsusiyyətləri məlum olub. Mənbənin məlumatına görə, YU7 həm arxa, həm də tam ötürücülü versiyalarda təqdim olunacaq. Tam ötürücülü versiya modifikasiyadan asılı olaraq CLTC metodikasına görə növbəti yürüş məsafələrinə malik olacaq: 670 km, 750 km 760 km.
         CarNewsChina saytının məlumatına əsasən elektromobilin ön mühərrikinin gücü 295 at gücü, arxa mühərrikinin gücü is 386 at gücü təşkil edir. Xiaomi YU7-nin maksimal sürəti saatda 253 km-dir. Onun bütün versiyalarının çəkisi isə 2405 kq-dır. Elektromobilin uzunluğu 4999 mm, eni 1996 mm, hündürlüyü 1600 mm, təkər bazası isə 3000 mm təşkil edir. Arxa ötürücülü modifikasiya ilə bağlı hələ rəsmi məlumat yoxdur.
         Şayiələrə görə, bu versiya 315 at gücünə malik tək mühərriklə təchiz ediləcək və litium-dəmir-fosfat (LFP) batareyalarından istifadə edəcək. Bu variantın maksimal sürətinin saatda 240 km təşkil edəcəyi gözlənilir. Bəzi məlumatlara görə, YU7 modeli 3 versiyada təqdim oluna bilər. Standard, Pro Max. Elektromobilə həmçinin lidar əsaslı sürücüyə yardım sistemi və böyük salon ekranı quraşdırılmalıdır. Gözlənilir ki, Xiaomi YU7 bu yay Çində satışa çıxacaq və onun qiyməti 34 500$-dan start götürəcək.
    Mənbə: Carnewschina
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 15 Ultra-nın qlobal versiyası sertifikatlaşdırmadan keçib
    xiaomi-15-ultra-nin-qlobal-versiyasi-sertifikatlasdirmadan-kecib
    Xiaomi 15 Ultra 2025-ci ilin ən yaxşı kamera smartfonu olmağa iddialıdır
    xiaomi-15-ultra-2025-ci-ilin-en-yaxsi-kamera-smartfonu-olmaga-iddialidir
    Xiaomi adı bəlli olmayan yeni flaqman smartfon üzərində çalışır
    xiaomi-adi-belli-olmayan-yeni-flaqman-smartfon-uzerinde-calisir
    Təqdimata hazırlaşan Xiaomi 15 Ultra-nın ilk real fotosu ortaya çıxıb
    teqdimata-hazirlasan-xiaomi-15-ultra-nin-ilk-real-fotosu-ortaya-cixib
    Bu il nazik gövdəli smartfonların ili olacaq
    bu-il-nazik-govdeli-smartfonlarin-ili-olacaq