main-post-cover

    Nazik gövdəli iPhone 17 Air-in keyfiyyətli maket fotoları təqdim edilib

    Cihazlar+
    08.04.2025
    Emil Nəcəfov
         Majin Bu ləqəbli nüfuzlu insayder bu ilin ikinci yarısında təqdimatı gözlənilən ultranazik iPhone 17 Air smartfonunun maketlərinin fotolarını paylaşmağa davam edir. Daha əvvəl o, iPhone 17 Air və 17 Pro modellərinin öz CAD-renderlərinə əsasən hazırlanmış maketlərini yayımlamışdı. İndi isə o, daha keyfiyyətli bir iPhone 17 Air maket fotolarını təqdim edib. Göstərilən 3D model sadə dizaynı nümayiş etdirir - bir arxa kamera və gövdə, hansı ki, yayılan şayiələrə görə qalınlığı 5.5 mm-dən çox olmayacaq.
         Bu da onu indiyədək Apple-ın ən nazik smartfonu edəcək. Majin Bu maketi qara rəngdə hazırlayıb və qeyd etmək lazımdır ki, bu dizayn çox zərif və eleqant görünür. Gözlənilir ki, smartfon Apple A19 prosessoru, 48 MP-lik əsas kamera və bir ədəd səsgücləndirici təchiz olunacaq. Əvvəllər proqnozlaşdırılırdı ki, iPhone 17 Air-in ABŞ-dakı satış qiyməti 900 dollardan başlayacaq, lakin indi Trump-ın tətbiq etdiyi yüksək rüsumlara görə bu məbləğin xeyli artacağı gözlənilir. iPhone 17 seriyasının təqdimatının 2025-ci ilin payızında baş tutacağı planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Böyük texnoloji şirkətlərin səhmlərinin dəyəri yüksəlməyə başlayıb
    boyuk-texnoloji-sirketlerin-sehmlerinin-deyeri-yukselmeye-baslayib
    iOS 19-un bəzi interfeys görüntüləri sərgilənib
    ios-19-un-bezi-interfeys-goruntuleri-sergilenib
    Trump-ın yeni rüsumları səbəbilə ABŞ-da insanlar kütləvi şəkildə iPhone almağa başlayıblar
    trump-in-yeni-rusumlari-sebebile-abs-da-insanlar-kutlevi-sekilde-iphone-almaga-baslayiblar
    Böyük şirkətlər Trump-ın "ticarət müharibəsi" nəticəsində 2 trilyon dollar bazar dəyəri itiriblər
    boyuk-sirketler-trump-in-ticaret-muharibesi-neticesinde-2-trilyon-dollar-bazar-deyeri-itiribler
    Donald Trump-ın yeni rüsum tariflərindən sonra yeni iPhone-ların qiymətləri necə olacaq?
    donald-trump-in-yeni-rusum-tariflerinden-sonra-yeni-iphone-larin-qiymetleri-nece-olacaq