main-post-cover

    Donald Trump-ın yeni rüsum tariflərindən sonra yeni iPhone-ların qiymətləri necə olacaq?

    Cihazlar+
    07.04.2025
    Emil Nəcəfov
         Donald Trump-ın 2 aprel tarixində “Azadlıq Günü” adlandırdığı gün elan etdiyi ticarət rüsumlarının ardından, əksər idxal mallarının qiymətlərinin artması gözlənilir. Ən çox zərbə isə elektronika və avtomobillərə dəyəcək, o cümlədən yeni iPhone-un qiyməti də yüksələcək. Yeni tətbiq olunan rüsumlar, idxal olunan malların mənşə ölkəsinə əsasən, demək olar ki, bütün məhsullara şamil olunur. Yeni rüsum siyahısında olan əksər ölkələrə bütün mallar üzrə 10% “əsas” rüsum tətbiq edilib, Çin, Rusiya və İraq kimi ölkələrə isə daha yüksək faizlər müəyyən olunub. Rüsumlar - ABŞ-a xarici ölkələrdən mal idxal edən şirkətlərin ABŞ hökumətinə ödədiyi haqlardır. Bu isə o deməkdir ki, şirkətlər istehsal xərclərinin artmasını kompensasiya etmək üçün məhsullarının qiymətlərini ABŞ istehlakçıları üçün artırmağa meyllidirlər.
         Trump demək olar ki, bütün idxal mallarına 10% rüsum tətbiq etsə də, avtomobillər və elektronika məhsulları daha yüksək faizlərlə üzləşib. Məsələn, avtomobillərə və onların ehtiyat hissələrinə artıq 25% rüsum qoyulub, bu da yaxın zamanda avtomobil qiymətlərinin artacağı anlamına gəlir. Daha yüksək rüsum tətbiq olunan ölkələr arasında Çin də var - Trump ABŞ-a daxil olan bütün Çin məhsullarına 54% rüsum tətbiq edib. Buna cavab olaraq Çin də ABŞ-dan Asiyaya daxil olan mallara 34% rüsum qoyub. Apple məhsulları da qiymət artımına məruz qala bilər, çünki smartfonların böyük bir hissəsi Çində istehsal olunur. Bu rüsumlarla birlikdə iPhone-ların (və ola bilsin ki, digər Apple məhsullarının da) istehsal xərcləri böyük ehtimalla artacaq.
         Hərçənd Apple şirkətinin bazar dəyəri 3 trilyon dollardan çoxdur və nəzəri olaraq bu xərcləri qiymətləri artırmadan qarşılaya bilər, amma daha real ehtimal odur ki, bu xərclər qiymət artımı ilə əks olunacaq. ABŞ investisiya bankı Rosenblatt Securities-in təhlilinə görə, ən son iPhone Pro Max modelinin qiyməti yaxın zamanda 1.599$-dan 2.300$-a qədər arta bilər. Reuters-in məlumatına əsasən, bu 43%-lik qiymət artımı deməkdir. Trump-ın tətbiq etdiyi rüsumların ardından Apple xərclərin artmasından ən çox zərər görən şirkətlərdən biri olub. The Times-ın məlumatına görə, təkcə 2 aprel çərşənbə günü başlayaraq texnologiya nəhəngi 244 milyard dollar dəyərində itki ilə üzləşib. The Guardian-a görə, bu, Apple üçün 2020-ci ilin mart ayından bəri fond bazarında ən pis gündür.
    Mənbə: Diply
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Böyük Britaniya hökumətinin əmrini məhkəmədə mübahisələndirməyə qərar verib
    apple-boyuk-britaniya-hokumetinin-emrini-mehkemede-mubahiselendirmeye-qerar-verib
    iPhone 19 Pro “cəsarətli” yeni dizaynı əldə edəcək
    iphone-19-pro-cesaretli-yeni-dizayni-elde-edecek
    Trump-ın yeni rüsumları səbəbilə TikTok-un satışı üzrə danışıqlar dayandırılıb
    trump-in-yeni-rusumlari-sebebile-tiktok-un-satisi-uzre-danisiqlar-dayandirilib
    Donald Trump TikTok-un ABŞ-da qadağasını növbəti dəfə 75 günlüyünə təxirə salıb
    donald-trump-tiktok-un-abs-da-qadagasini-novbeti-defe-75-gunluyune-texire-salib
    iPhone 17 Pro yenilənmiş teleobyektivi əldə edə bilər
    iphone-17-pro-yenilenmis-teleobyektivi-elde-ede-biler