main-post-cover

    Böyük texnoloji şirkətlərin səhmlərinin dəyəri yüksəlməyə başlayıb

    Tech-Biznes
    08.04.2025
    Emil Nəcəfov
         Texnologiya və yarımkeçirici şirkətlərin səhmləri bu gün ardıcıl 3 qeyri-sabit ticarət sessiyasından sonra nəzərəçarpacaq dərəcədə artıb. Bu, ABŞ ilə digər ölkələr arasında tarif razılaşmalarının əldə olunacağına dair optimist gözləntilər fonunda baş verib. Bundan əvvəl, ABŞ administrasiyası tərəfindən idxal olunan mallara yeni ticarət rüsumlarının tətbiq olunacağı ilə bağlı yayılan söz-söhbətlər səbəbilə "Möhtəşəm yeddilik" - Alphabet, Amazon, Apple, Meta, Microsoft, NVIDIATesla - ümumilikdə 1.8 trilyon dollar dəyərində bazar dəyəri itkisinə məruz qalmışdı. Donald Trump-ın genişmiqyaslı tarif planları son 3 birja ticarəti sessiyası ərzində ciddi qeyri-sabitliyə səbəb olmuşdu.
         Lakin 7 aprel tarixində ticarət həcmi son 20 ilə yaxın müddət ərzində ən yüksək səviyyəyə çatıb - baxmayaraq ki, ötən həftə Nasdaq Composite indeksi son 5 ilin ən zəif nəticəsini göstərmişdi. "Möhtəşəm yeddilik" arasında artıma liderlik edən NVIDIA-nın səhmləri təxminən 7% bahalaşıb. Meta, Amazon, Tesla, Apple və Microsoft-un hər birinin səhmləri isə ən azı 4% artıb. Alphabet-in səhmlərində isə təxminən 3% yüksəliş müşahidə olunub. Yarımkeçirici şirkətlərin səhmləri də bərpa olunub - xüsusilə VanEck Semiconductor ETF-in qiymətləri əvvəlki sessiyada 2%-dən çox artımdan sonra bu dəfə 5%-dən çox yüksəlib.
         Advanced Micro Devices, Lam Research Micron Technology-nin səhmləri təxminən 6% bahalaşıb. Broadcom-un səhmləri isə ilin sonuna qədər 10 milyard dollarlıq geri alış proqramı elan edildikdən sonra 9% artıb. Mikrosxem istehsalçıları Trump tərəfindən yeni elan edilən tariflərdən birbaşa təsirlənməsələr də, ötən həftə onların səhmləri təzyiq altında olub - çünki daha yüksək rüsumların məhsullara tələbatı azalda və ümumilikdə ABŞ iqtisadiyyatının zəifləməsinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar yaranıb. Gözlənilir ki, gələcəkdə ABŞ-ın yarımkeçirici sektoruna da idxal rüsumları əhəmiyyətli dərəcədə artırılacaq.
    Mənbə: CNBC
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iOS 19-un bəzi interfeys görüntüləri sərgilənib
    ios-19-un-bezi-interfeys-goruntuleri-sergilenib
    Amazon şirkəti Nova Sonic adlı səsli süni zəka modelini təqdim edib
    amazon-sirketi-nova-sonic-adli-sesli-suni-zeka-modelini-teqdim-edib
    Facebook və Messenger-də “yeniyetmə hesablar” funksiyası istifadəyə verilib
    facebook-ve-messenger-de-yeniyetme-hesablar-funksiyasi-istifadeye-verilib
    Elon Musk-ın sərvəti keçən ilin noyabr ayından 300 milyard dollardan aşağı düşüb
    elon-musk-in-serveti-kecen-ilin-noyabr-ayindan-300-milyard-dollardan-asagi-dusub
    Trump-ın yeni rüsumları səbəbilə ABŞ-da insanlar kütləvi şəkildə iPhone almağa başlayıblar
    trump-in-yeni-rusumlari-sebebile-abs-da-insanlar-kutlevi-sekilde-iphone-almaga-baslayiblar