
iOS 19-un bəzi interfeys görüntüləri sərgilənib
Proqram Təminatı
08.04.2025
Emil Nəcəfov
Mətbuatda dəfələrlə məlumat yayılıb ki, Apple mobil cihazlarının interfeysində genişmiqyaslı yeni dizayn hazırlayır və bu, iOS 19-un əsas yeniliklərindən biri olacaq. Bildirilir ki, şirkət interfeysi daha zərif, intuitiv və “yüklənmədən azad” etmək üçün visionOS sistemindən əldə etdiyi təcrübələrdən istifadə edir. İndi isə bu dəyişikliklərin necə görünəcəyini görmək imkanı yaranıb. Tez-tez maraqlı məlumatlar paylaşsa da, bəzən yanılan tanınmış insayder Jon Prosser, iOS 19 interfeysinin renderlərini təqdim edib.

O bildirib ki, bu renderləri Apple-dakı mənbələrindən aldığı dəqiq məlumata əsaslanaraq hazırlayıb və onların orijinala maksimal dərəcədə yaxın olduğuna əmindir. Prosser təsdiqləyib ki, iOS 19-da ikonlar daha yuvarlaq formaya malik olacaq, lakin o da qeyd edib ki, test versiyalarında standart ikonlar istifadə olunur - bu, sızmaların qarşısını almaq məqsədi daşıyır, çünki şirkət yenilikləri rəsmi olaraq 9-13 iyun tarixlərində keçiriləcək WWDC 2025 təqdimatında açıqlamağı planlaşdırır.

Bəzi tətbiqlərdə, məsələn, App Store, Apple Music və Messages-da yeni panel olacaq, Axtarış qovluğunda geri qayıtmaq üçün dairəvi düymə görünəcək, həmçinin Messages tətbiqində axtarış sətri daim aktiv olacaq. İnsayder həmçinin yeni vizual effekt barədə də danışıb - bu effekt, məsələn, blok ekranında fənər və ya kamera düyməsində smartfon hərəkət etdikcə yüngül parıltı yaradacaq. Haptic Touch menyusunda dizaynerlər küncləri yuvarlaqlaşdıracaq, səs və parlaqlıq üçün sürgüləri yeniləyəcək, həmçinin tətbiq pəncərələrinin dizaynını yenidən işləyəcəklər. Bundan əlavə, yeni bir klaviatura da təqdim olunacaq.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Trump-ın yeni rüsumları səbəbilə ABŞ-da insanlar kütləvi şəkildə iPhone almağa başlayıblar

Trump-ın yeni rüsumları səbəbilə ABŞ-da insanlar kütləvi şəkildə iPhone almağa başlayıblar
Donald Trump administrasiyasının yeni rüsumlar tətbiq etmək təhdidi Apple-ın səhm qiymətlərinin enməsinə səbəb olub və eyni zamanda iPhone-lara qarşı ajiotajlı tələbat yaradıb.
Böyük şirkətlər Trump-ın "ticarət müharibəsi" nəticəsində 2 trilyon dollar bazar dəyəri itiriblər

Böyük şirkətlər Trump-ın "ticarət müharibəsi" nəticəsində 2 trilyon dollar bazar dəyəri itiriblər
ABŞ Prezidenti Donald Trump-ın başladığı ticarət müharibəsi fonunda, Apple, Microsoft, Alphabet, Amazon, NVIDIA, Tesla və Meta şirkətlərindən ibarət olan “möhtəşəm yeddilik” adlandırılan qrupun səhmlərinin dəyəri azalmağa davam edir.
Donald Trump-ın yeni rüsum tariflərindən sonra yeni iPhone-ların qiymətləri necə olacaq?

Donald Trump-ın yeni rüsum tariflərindən sonra yeni iPhone-ların qiymətləri necə olacaq?
Donald Trump-ın 2 aprel tarixində “Azadlıq Günü” adlandırdığı gün elan etdiyi ticarət rüsumlarının ardından, əksər idxal mallarının qiymətlərinin artması gözlənilir. Ən çox zərbə isə elektronika və avtomobillərə dəyəcək, o cümlədən yeni iPhone-un qiyməti də yüksələcək.
Apple Böyük Britaniya hökumətinin əmrini məhkəmədə mübahisələndirməyə qərar verib

Apple Böyük Britaniya hökumətinin əmrini məhkəmədə mübahisələndirməyə qərar verib
Milli təhlükəsizlik məsələləri gündəmə gələndə, bəzən fərdi vətəndaşların azadlıq və hüquqları arxa plana keçirilir. Böyük Britaniya hakimiyyəti müvafiq arqumentlərə əsaslanaraq Apple şirkətindən istifadəçilərin qorunan bulud yaddaşı sisteminə çıxış verməyi tələb edib,
iPhone 19 Pro “cəsarətli” yeni dizaynı əldə edəcək

iPhone 19 Pro “cəsarətli” yeni dizaynı əldə edəcək
Ortaya çıxmış yeni məlumata əsasən 2027-ci ildə təqdimatı gözlənilən iPhone 19 Pro smartfonu “cəsarətli” yeni dizaynı əldə edəcək.
Həftənin xəbərləri

