
iPhone SE 2025 artıq gələn həftə təqdim oluna bilər
Cihazlar+
07.02.2025
Emil Nəcəfov
Apple iPhone SE 2025 smartfonunun buraxılışına hazırlaşır və onun təqdimatı artıq gələn həftə baş tuta bilər. Bunu Bloomberg-in məşhur insayderi Mark Gurman bildirib. Verilmiş məlumata əsasən yeni iPhone SE modeli yaxın günlərdə elan ediləcək və satışlar bu ayın sonlarında başlayacaq. Apple-ın iPhone SE 2025 üçün ayrıca təqdimat tədbiri keçirməyəcəyi gözlənilir, bu da sözügedən mərhələdə başqa yeni cihazların təqdim olunmayacağına işarə edir.

Gözləntilərə əsasən növbəti iPhone SE-də əsas dəyişiklik yenilənmiş dizayn olacaq. iPhone SE 2025 modeli fiziki Home düyməsinə sahib olmayacaq. Smartfonda Touch ID əvəzinə Face ID texnologiyası istifadə ediləcək. Lightning girişi isə USB-C girişi ilə əvəz ediləcək.. Smartfon Apple A18 prosessoru ilə təchiz olunmalı və xarici görünüşü iPhone 14-ə bənzəməlidir. Bundan əlavə, iPhone SE 2025-in Apple Intelligence ekosisteminin süni zəka funksiyalarını dəstəkləyəcəyi gözlənilir.
Bu xüsusiyyətlər artıq iPhone 15 Pro, 15 Pro Max və iPhone 16 seriyasında mövcuddur. Əhəmiyyətli yeniliklərdən biri də mobil modem sahəsində olmalıdır. Belə ki, Apple ilk dəfə Qualcomm modemlərindən imtina edərək, öz istehsalı olan 5G modemini istifadə edə bilər. Əvvəllər iPhone SE 2025-in mart ayında təqdim ediləcəyi bildirilirdi. Lakin indi onun daha erkən satışa çıxarılması gözlənilir. Son məlumat sızıntılarına inansaq, yeni iPhone SE smartfonunun ekranı Dynamic Island deyil, ənənəvi çıxıntı hissəyə sahib olacaq.
Mənbə: Bloomberg
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən iPhone böyük ölçüyə sahib ola bilər

Qatlana bilən iPhone böyük ölçüyə sahib ola bilər
Qatlana bilən iPhone haqqında şayiələr illərdir dolaşır. Sözügedən iPhone barəsində müxtəlif insayderlər müxtəlif məlumatları təqdim edirlər. Bu dəfə HaYaO ləqəbli insayder qatlana bilən iPhone-nun xarici görünüşü, bəzi texniki xüsusiyyətləri və buraxılış tarixi ilə bağlı detalları bölüşüb.
Çin Apple şirkətinə qarşı animonopoliya istintaqına hazırlaşır

Çin Apple şirkətinə qarşı animonopoliya istintaqına hazırlaşır
Çin tənzimləyici qurumları Apple şirkətinin App Store siyasəti və komissiya haqqı ilə bağlı mümkün antimonopoliya araşdırmasını nəzərdən keçirirlər. Bloomberg-in məlumatına görə, Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi (SAMR) artıq 1 ildir ki, Apple şirkətinin fəaliyyətini diqqətlə araşdırır.
Apple M5 prosessorlarının kütləvi istehsalına start verilib

Apple M5 prosessorlarının kütləvi istehsalına start verilib
Apple şirkətinin istehsal tərəfdaşları yeni M5 prosessorunun kütləvi istehsalına başlayıblar. Bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb. M5 çipi TSMC-nin 3 nanometrlik texnoloji prosesi (N3P) əsasında istehsal olunacaq.
2024-cü ildə ən çox satılmış smartfonların top siyahısı təqdim edilib

2024-cü ildə ən çox satılmış smartfonların top siyahısı təqdim edilib
Counterpoint Research analitik agentliyi illik qlobal smartfon bazarı araşdırmasını dərc edib və 2024-cü ilin ən çox tələbat görən cihazını açıqlayıb.
Apple AR eynək layihəsini ləğv edib

Apple AR eynək layihəsini ləğv edib
Məşhur insayder Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple şirkəti Mac kompüterinə qoşularaq onun hesablama performansına əsaslanan AR eynək layihəsini keçən həftə ləğv edib. Məlumatda qeyd edilib ki, N107 kod adına sahib olmuş bu cihaz xarici görünüşcə adi eynəyə bənzəməli idi.
Həftənin xəbərləri

